Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Budaq Nəsirovun qaşı partlayıb" – Ayxan Abbasov
    13.07.2023 12:20:01

    "Turan Tovuz" yoxlama matçında "Araz Naxçıvan"ı 5:1 hesabı ilə məğlub edib.

    Prosport.Az-ın Bakı Olimpiya Stadionunda olan əməkdaşının verdiyi xəbərə görə, Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

    – Hər 45 dəqiqə fərqli heyət oldu. Bizə hərəkətlilik lazım idi. Oyunun tempi vacib idi. Yeni oyunçularımız var, onların adaptasiya prossesi gedir. Ümumilikdə razı qaldıq. Əsas odur ki, meydanda futbolçulardan istədiyimizi aldıq. Bakı toplanışı bitdi, sabah (bu gün – red.) Türkiyəyə yollanırıq. Hazırlığın 2-ci mərhələsi orada olacaq.

    – Futbolçuların performansından razısınız?
    – Düzdür, yoxlama oyunlarında nəticə vacib deyil. Amma bu gün futbolçuların qol vurması, özlərinə inamı bizim üçün önəmlidir. Qol olanda oyunçular da sevinir, biz də.

    – Yeni transferlər haqda düşüncələriniz necədir?
    – Onlara vaxt lazımdır. Yavaş-yavaş uyğunlaşacaqlar. Ümidimiz böyükdür. 

    – "Huner Group" komandaya sponsorluq edir. Deyilənə görə, əlavə sponsor da axtarılır. Bu haqda nə deyə bilərsiniz?
    – Əlavə deyə bilmərəm. Büdcəmiz var. "Huner Group"un gəlişi komandamızın inkişafına böyük təkan verdi. Tək əsas komanda yox, akademiya, stadionun infrastrukturu, bütün bunlar "Huner Group"un dəstəyi sayəsindədir. Belə insanların, sponsorların futbola gəlməsi alqışalayiqdir.

    – 1 həftə əvvəl demişdiniz ki, yarımmüdafiə xəttinə oyunçu axtarırsınız. Bu istiqamətdə yenilik var?
    – Axtarış davam edir. Yaxın günlərdə həll edəcəyik. Danışdığımız futbolçular var. Amma hələ tam razılaşmamışıq.

    – Sanki daha sürətli "Turan Tovuz" görürük...
    – Tələsməyək. İlk oyundur, futbol üçün darıxmışdılar. İstədiyimiz budur. Bu tempi saxlamaq çətin olacaq. Bəzi oyunçuların keyfiyyəti komanda oyununa rəng qatacaq. Onları seçməkdə məqsədimiz bu idi.

    – Fərid Nəbiyev "dirijorluq" funksiyasını pis yerinə yetirmir...
    – Əlbəttə, Fərid bu gün Azərbaycanda ən potensiallı futbolçulardan biridir. Ona böyük ümid bəsləyirik. Amma üzərində çox çalışmalıdır.

    – Roderik Miller Kanada mətbuatına verdiyi açıqlamada bildirib ki, klubda vurduğu qollar özünəinamı qaytarıb...
    – Əlbəttə. Milleri gətirəndə ona ümidimiz böyük idi. Amma karyerası ərzində bu qədər qol vurmamışdı. Bizim əsas oyunçularımızdandır.

    – Azarkeşlər avrokuboklara vəsiqə gözləyir. Bu üzərinizdə təzyiq yaratmayacaq?
    – Təzyiq həmişə var. Biz real baxırıq. Bu gün qarşımıza başqa məsqəd qoymuşuq. Tələssək, tez yanacağıq. Əlbəttə istəyirik ki, artıraq. Amma bu, avroliqa demək deyil. Klub olaraq böyüməliyik.

    – Türkiyə toplanışında rəqiblər bəllidir?
    – Bəli. "Adana Dəmirspor" və "Eyüpspor"la qarşılaşacağıq. Afrikadan da bir komanda ilə danışıq gedir. Digər rəqib isə bilinmir.

    – Runi Evanın gedişi komandaya təsir edəcək?
    – Bu gün biz adlar haqda fikirləşmirik. Hər gedən futbolçu bizə təsir edir. Onun yerini doldurmağa çalışırıq. Gətirdiyimiz futbolçular Runidən zəif deyil.

    – Budaq Nəsirov matçın 2-ci hissəsində başından zədə aldı və sarıqlı halda meydanı tərk etdi. Durumu necədir?
    – Qaşı partladı.

    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Futbol

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Müsahibə

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Futbol

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bratislavada medal yağışı

    28.09.2026 23:45:04

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved