"Azərreyl"in kişilərdən ibarət voleybol komandası Sergey Platanenkovla müqavilə müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, 28 yaşlı rusiyalı voleybolçu daha bir mövsüm "Azərreyl"in şərəfini qoruyacaq.
Qeyd edək ki, Sergey Platanenkov 2023-cü ildən Bakı klubunun formasını geyinir.
