Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Əminəm ki, "Fənərbaxça" ilə görüşümüz maraqlı alınacaq" – Azər Əliyev
    10.07.2023 13:37:24

    “Neftçi”nin futbolçusu Azər Əliyev klubun rəsmi saytına müsahibə verib.

    Prosport.Az xəbər verir ki, “Matç TV Kuboku” haqda təəssüratlarını bölüşən təcrübəli müdafiəçi yeni mövsümə hazırlığı dəyərləndirib.

    – Azər, artıq ilyarımdır “Neftçi”dəsən. Əvvəllər yarımmüdafiənin cinahlarında, həmçinin mərkəzdə də çıxış etmisən. Son vaxtlar tez-tez hücuma qoşulsan belə, əsasən müdafiənin solunda mübarizə aparırsan. Hansı mövqedə özünü daha yaxşı hiss edirsən?
    – Əslində, mən müdafiənin solunda ilk dəfə Rusiyada oynamağa başlamışam. Buna görə də bu mövqe mənə yad deyil. Burada özümü rahat hiss edirəm. Bununla belə, müdafiədə olduğu kimi, hücumda da mübarizə apara bilərəm.

    – Təlim-məşq toplanışının 2-ci mərhələsi “Neftçi”dən əvvəl bütün karyeranı keçirdiyin və yetirməsi olduğun Rusiyada davam edir. Bununla bağlı nə deyə bilərsən?
    – Yaxşı hisslər keçirirəm. Gözəl şəhərdə və yaxşı meydançalarda məşq edirik. Üstəlik, “Matç TV Kuboku” beynəlxalq turnirində mübarizə aparırıq. Düşünürəm ki, yeni mövsüm üçün bu çox yaxşı hazırlıqdır.

    – “Matç TV Kuboku”nda 2 oyun geridə qalıb. Bu turnr haqqında da fikirlərini bilmək maraqlı olardı.
    – Bu turnirdə çox güclü rəqiblərlə qarşılaşırıq. “Zenit” və “Srvena Zvezda” ilə matçlardakı nəticəyə baxmayaraq, fikrimcə, keyfiyyətli oyun göstərdik. Həm də əsas odur ki, yüklənə bildik. Təlim-məşq toplanışında olduğumuzu nəzərə alsaq, hazırda bizim üçün ən vacibi budur. Bu mənada nəticə önəmli deyil. Heyətin formalaşması və taktiki baxımdan da belə oyunlar bizim üçün çox əhəmiyyətlidir. Əminəm ki, “Fənərbaxça” ilə görüşümüz də maraqlı alınacaq.

    – Daha sonra Rusiya çempionatında dəfələrlə qarşılaşdığın Moskva “Spartak”ı ilə yoxlama oyunumuz olacaq. Bu matçın sənin üçün xüsusi önəmi varmı?
    – Xeyr, bu görüş mənim üçün xüsusi önəm daşımır, amma təbii ki, “Spartak” kimi komandaya qarşı oynamaq xoş olacaq. Həm də qeyd etdiyiniz kimi, mən “qırmızı-ağlar”a qarşı az oynamamışam. Təlim-məşq toplanışı çərçivəsində keyfiyyətli meydançada güclü rəqiblə qarşılaşmaq maraqlı və komandamız üçün çox faydalı olacaq.

    – “Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsində “Jelezniçar” – “Dinamo” (Minsk) cütünün qalibi ilə qarşılaşacaq. “Ağ-qaralar”ın bu mövsüm avrokuboklardakı çıxışından nə gözləyirsən?
    – Açığı, hələ ki nə “Jelezniçar”, nə də Minsk “Dinamo”su haqqında məlumatım var. Bu komandaların öz aralarındakı oyunlardan sonra yəqin ki, məşqçilər korpusu avrokuboklardakı ilk rəqibimiz haqda bizə ətraflı məlumat verəcək. Amma ümumi olaraq Konfrans Liqasının qrup mərhələsinə düşmək istəyirik və bunun üçün çalışacağıq.

    Müsahibə

    Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın məsuliyyəti deyil" - Edmond Klaus

    21.07.2026 12:22:50
    Müsahibə

    "Təşəbbüs Ehtiram müəllimdən gəldi" – Həsən Zeynalov "Turan Tovuz"dakı təyinatından danışdı

    19.07.2026 15:45:12
    Müsahibə

    "Mbappe 11 nəfəri keçdi və qol vurdu" - Toral Bayramov

    13.07.2026 10:03:23
    Müsahibə

    "Niyə Azərbaycanda da çempion olmayım?" - Yuri Vernidub

    11.07.2026 14:33:43
    Futbol

    "Bizi çətin oyun gözləyir" – Aydın Bayramov

    9.07.2026 14:23:55
    Futbol

    "Olimpiada futbol üzrə dünya çempionatından daha maraqlıdır" – "Neftçi"nin icraçı direktoru ilə MÜSAHİBƏ

    9.07.2026 09:00:29
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved