Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/prosport/public_html/includes/Parser.php on line 129
">
Rafael Fiziyevin növbəti rəqibi bəlli oldu

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyevin növbəti döyüşünün vaxtı bəlli olub.

Prosport.Az xəbər verir ki, UFC təmsilçimizin oktyabrın 11-də oktaqona çıxacağını açıqlayıb.

Fiziyevin rəqibi braziliyalı Çarles Oliveyra olacaq. Görüş Rio-de-Janeyroda keçiriləcək.

Qeyd edək ki, Rafael Fiziyev son döyüşündə iyunun 21-də Bakıdakı UFC gecəsində çilili İqnasio Bahamondesə qalib gəlib.