Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Voleybol
    Prosport.Az-a Voleybol Federasiyası tərəfindən təşəkkürnamə verildi – FOTOLAR
    22.07.2025 09:42:49

    Azərbaycan Voleybol Federasiyası (AVF) Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyinə həsr edilmiş tədbir keçirib.

    Prosport.Az xəbər verir ki, “Hyatt Regency” otelində təşkil olunmuş tədbirdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev, baş katib Faiq Orucov, idarə heyətinin üzvləri, müxtəlif media qurumlarının nümayəndələri və federasiyanın əməkdaşları iştirak edib.

    Tədbiri giriş sözü ilə AVF-nin prezidenti Şahin Bağırov açaraq qonaqları salamlayıb. O, idman jurnalistlərini və bütün media nümayəndələrini milli mətbuatımızın yaranmasının 150 illiyi münasibətilə təbrik edib. Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncam imzaladığını xatırladan Ş.Bağırov vurğulayıb ki, bu, dövlət başçısının ölkə mediasına, jurnalistlərə diqqət və qayğısının növbəti göstəricisidir.

    AVF rəhbəri media nümayəndələrinin hər zaman voleybolu diqqət mərkəzində saxladığını da qeyd edib. Bildirib ki, media istər yığma komandalarımız, istərsə də klublarımız, voleybolçularımız, ölkəmizdə çıxış edən xarici oyunçularla bağlı xəbərlər, mühüm yazılar, müsahibələr, süjetlər hazırlayır. Həm ölkə səviyyəli, həm də beynəlxalq yarışlar hər zaman işıqlandırılır. Həm əvvəlki illərdə qazanılan uğurlar, həm də hazırda əldə olunan nailiyyətlər ətraflı şəkildə media tərəfindən yayımlanır. Qurum rəhbəri son illər uşaq voleybolunun inkişafı ilə bağlı görülən işlərdən danışıb və bu işlərin ictimaiyyət arasında geniş yayılmasında məhz medianın böyük rolunun olduğunu əlavə edib. O bundan sonra da jurnalistlərin voleybolumuza, voleybolçularımıza diqqət göstərəcəyinə inamını ifadə edib. Ş.Bağırov xatırladıb ki, gələn il ölkəmizdə qadın voleybolçular arasında Avropa çempionatı keçiriləcək. O bu yarışın da mediada geniş işıqlandırılmasının vacibliyini vurğulayıb, bütün ölkə mediasını bu işdə dəstək olmağa çağırıb. Ş.Bağırov bütün media orqanlarına, jurnalistlərə fəaliyyətlərində uğurlar arzulayıb.

    Tədbirdə çıxış edən Faiq Qarayev Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib. İdmançıların tanınmasında məhz medianın rolunun böyük olduğu bildirilib. F.Qarayev voleybolumuzun uğurlarının, federasiya tərəfindən həyata keçirilən tədbirlərin, eləcə də bu sahə ilə bağlı bütün yeniliklərin bundan sonra da geniş şəkildə işıqlandırılacağına inamını qeyd edib. O, media nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

    Çıxışlardan sonra AVF-nin il ərzindəki fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.

    Daha sonra voleybolun işıqlandırılmasında yaxından iştirak edən media qurumlarına AVF-nin təşəkkürnamələri və hədiyyələr təqdim edilib. Təşəkkürnamə verilənlər arasında Prosport.Az da olub. Mükafatı saytımızın baş redaktoru Səbuhi Musa alıb.

    Sonda AVF rəhbərliyi və media nümayəndələri xatirə şəkli çəkdirib.

    Top oyunları

    Türkiyə millisi ikinci dəfə Avropa çempionu oldu

    6.09.2026 23:05:53
    Top oyunları

    "Neftçi SOCAR" dünya üçüncüsü oldu

    6.09.2026 14:58:15
    Top oyunları

    "Neftçi SOCAR" yarımfinala yüksəldi

    6.09.2026 13:26:22
    Top oyunları

    Qazaxıstan millisinin üzvü ölkəmizdə çıxış edəcək

    6.09.2026 11:05:29
    Basketbol

    "Neftçi" 1/4 finalda

    5.09.2026 17:34:03
    Basketbol

    "Neftçi SOCAR" final mərhələsinə qələbə ilə başladı

    5.09.2026 13:22:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Koxalskinin gedişindən hələ mənim xəbərim yoxdur" - Qurban Qurbanov

    6.09.2026 23:10:53

    Türkiyə millisi ikinci dəfə Avropa çempionu oldu

    6.09.2026 23:05:53

    “Qarabağ”a qarşı belə mübarizə aparmaq olar" - Zaur İsmayılov

    6.09.2026 22:53:44

    Premyer Liqa: "Qarabağ"dan ardıcıl 3-cü qələbə - VİDEO

    6.09.2026 22:08:54

    "Mançester Yunayted" "Sabah"la oyundan əvvəl xal itirdi

    6.09.2026 22:08:23

    "Nəticə oyuna görə olmadı" – Filipe Kandidu

    6.09.2026 20:44:53

    "Mən bu işlərə qarışmamağa çalışıram" – Qurban Berdiyev

    6.09.2026 20:41:35

    Taekvandoçularımızdan 2 qızıl medal – FOTOLAR

    6.09.2026 20:15:34

    “ALUFAR IRONMAN" yarışı başa çatdı – FOTOLAR

    6.09.2026 20:11:13

    "Turan Tovuz"dan autsayder üzərində çətin qələbə - VİDEO

    6.09.2026 20:05:59

    "Qarabağ" – "Araz-Naxçıvan": HEYƏTLƏR

    6.09.2026 19:14:00

    FIFA təsdiqlədi, o da namizəddir

    6.09.2026 18:57:04

    Təmsilçilərimiz Yaponiyada keçirilən yarışda 6-cı oldu – FOTOLAR

    6.09.2026 17:53:55

    "Turan Tovuz" – "Sumqayıt": HEYƏTLƏR

    6.09.2026 16:57:46

    Osimhen 3 həftə yaşıl meydanlardan uzaq qalacaq

    6.09.2026 16:26:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved