Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    Amerikalı döyüşçü "Tı kto takoy? Davay, do svidaniya"dan danışdı: "Bu elə gözəldir ki..." – VİDEO
    22.06.2025 11:09:16

    "Tı kto takoy? Davay, do svidaniya" mahnısı elə gözəldir ki... Dostlarımdan biri mənə bu mahnını göstərdi. Səhv etmirəmsə, o, Türkmənistandan olmalıdır. Mənə söylədi ki, bu mahnı bu regionda məşhurdur".

    Prosport.Az-ın xəbərinə görə, bunu UFC-nin Bakıda keçirilən turnirin yüngül ağır çəkidə gecənin əsas döyüşünün qalibi Xalil Rauntri Cunior deyib.

    Amerikalı idmançı azərbaycanlı meyxana ifaçıları – Ehtiram və İntiqam Rüstəmov qardaşları tərəfindən oxunan "Tı kto takoy? Davay, do svidaniya" meyxanasının oktaqona gələrkən öz mahnısı kimi istifadə etməsindən danışıb. "Dostuma demişdim ki, tezliklə Bakıya gedəcəyəm, ora üçün özəl olan, oradakı adamların əksəriyyətinin sevdiyi bir şey söyləsin. O da mənə bu mahnını göstərdi, dedi ki, bu regionda məşhurdur. Sonra originalına da baxdım. 1 nəfər söz deyir, oxuyan kişini çoxlu adam əhatələyir. Çox bəyəndim. Bütün sözlərin mənasını bilməsəm də, müsbət enerji aldım. Velosiped sürəndə də buna baxırdım, məşqçim soruşurdu ki, nəyə baxırsan? (gülür). Bakı mənə xoş təsir bağışladı. Bu səbəbdən də öz mahnımın üzərinə bu saundtreki əlavə etdim. Ümid edirəm ki, hamı bəyəndi".

    O daha sonra mahnının sözlərinin mənasından danışıb: "Başa düşdüyümə görə, orada deyilir ki, sən kimsən, get buradan. Bu, "rep bətl" (rap battle) kimidir. Elə gözəldir ki. Mən bu mahnını sevdim".

    Qeyd edək ki, ilk dəfə bu meyxana Ehtiram və İntiqam Rüstəmov qardaşlarının iştirakı ilə 2011-ci il noyabrın 5-də Astaranın Təngərud kəndində toy zamanı çəkilib. Əsas söz İntiqam Hüseynova məxsus olub. İntiqam, Ehtiram, Rizvan Şıxızadə, Hüseyn Astaralı, eləcə də Bakıdan gəlmiş tanınmış meyxanaçılar – Rəşad Dağlı və Elşən Xəzər (Pərviz Bülbülə də bu toyda meyxana desə də, bu qafiyədə iştirak etməyib – red.) bu qafiyə ilə meyxana söyləyib.

    2012-ci il 25 yanvarda "Tolışi sədo" ("Talışın səsi") qəzetinin baş redaktoru Hilal Məmmədov (həmin ilin iyunun 21-də həbs olunub və 2016-cı ilin martın 17-də əfv olunub – red.) bu meyxananı "YouTube" kanalına yerləşdirib. Bundan sonra rus dilində olan meyxananın sözləri məşhurlaşıb və hazırda 27 milyon adam həmin videonu izləyib.

    Daha sonra 2012-ci ildə mahnını rusiyalı reper Timati (Xalil Rauntrinin mahnısına yerləşdirdiyi saundtrek məhz oradandır – red.) öz dostları ilə birgə Filip Kirkorova diss ataraq oxuyub. Həmin video daha da məşhurlaşıb və 68 milyon insan tərəfindən oxunub. 

    Boks

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    Taekvondo

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04
    Taekvondo

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Boks

    Avropa çempionatı: Daha 2 boksçumuz mərhələ adladı

    19.09.2026 10:51:27
    Güləş

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved