Azərbaycanlı voleybolçu Ayşən Abduləzimova Macarıstan təmsilçisi "Vaşaş"dan ayrılıb.
Prosport.Az xəbər verir ki, oyunçu bu barədə sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, 6 il ərzində "Vaşaş"ın şərəfini qoruyan 32 yaşlı voleybolçu bu müddətdə 5 dəfə Macarıstan çempionu olub.
