Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Voleybol
    "Azərlotereya"nın sponsorluğu ilə yeni klub yaradıldı – FOTOLAR
    29.04.2025 15:44:13

    “Azərlotereya” ASC Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində idmanın inkişafına növbəti dəfə töhfə verib.

    Prosport.Az xəbər verir ki, şirkətin baş sponsorluğu ilə qadınlardan ibarət “DH Volley” adlı voleybol klubu yaradılıb. “DH İdman” MMC-nin təsis etdiyi bu klub 2025/2026 mövsümündə Azərbaycan Çempionatının Yüksək Liqasında və ölkə kuboku yarışlarında iştirak edəcək.

    Bu münasibətlə bu gün “DH Volley” klubunun məşqçi və oyunçuları ilə klub rəhbəri Şərəf Yalçın arasında müqavilələrin imzalanması mərasimi keçirilib.

    Şərəf Yalçın mətbuat konfransında çıxışı zamanı bildirib ki, “DH Volley” Klubu yalnız yeni mövsümə start vermir, güclü və iddialı heyətlə yeni bir dövrə qədəm qoyur: “2025-ci il mövsümündə yalnız yerli yarışlarda uğurlar deyil, beynəlxalq arenada da adımızdan söz etdirmək istəyirik. Bu məqsədlə heyətimizi həm Azərbaycan milli komanda üzvləri, həm də Avropa təcrübəsinə malik elit oyunçularla gücləndirdik. Bu oyunçularla “DH Volley” olaraq çempionluq yarışında ən güclü namizədlərdən biri olacağımıza inanırıq. Klubumuzun əsas vizyonu qısa müddətdə ölkə voleyboluna dəyər qatmaq, uzun müddətdə isə “DH Volley”i Avropada mübarizə aparan, tanınan və hörmət edilən bir brendə çevirməkdir”.

    Şərəf Yalçın klubun qurulmasında göstərdiyi dəstəyə görə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırova təşəkkür edib.

    “DH Volley” klubunun baş məşqçisi müxtəlif mükafatlara layiq görülmüş peşəkar voleybolçu Fərid Cəlalovdur. Komandanın heyətinə peşəkar qadın voleybolçular kapitan Aynur İmanova, Katerina Jidkova, Ceyran İmanova, Nilufər Ağazadə və Raziyə Əliyeva daxildir.

    “Azərlotereya” ASC gənclərin idmana və sağlam həyat tərzinə təşviqi, idman klublarının dəstəklənməsi, eləcə də müxtəlif idman növlərinin inkişafı istiqamətində bir sıra təşəbbüsləri dəstəkləyir. Məqsəd ölkəmizdə idmanın kütləviliyinə nail olmaq, futbol, basketbol və voleybol idman növlərində peşəkar idmanın inkişafıdır. Şirkətin “Misli” brendi Azərbaycan voleybolunun inkişafını dəstəkləmək məqsədilə ötən il AVF arasında əməkdaşlıq müqaviləsi imzalanıb. “DH Volley” klubunun yaradılması bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi daşıyır.

    “DH Volley” klubu haqqında

    Baş məşqçi Fərid Cəlalov

    Fərid Cəlilov 8 il Azərbaycan kişi milli voleybol komandasının baş məşqçisi olub. 4 il qadın “İqtisadçı” voleybol komandalarında məşqçilik edib. Keçmiş milli voleybolçu, eyni zamanda milli komandanın kapitanı olub.

    - 2017 – IV İslam Həmrəylik Oyunları: gümüş medal

    - 2018 – Türk Dünyası Universiadası: qızıl medal

    - 2017/2018 – Challenge Cup 1/8 final "Lokomotiv"

    - 2021/2022 – Challenge Cup 1/8 final "Murov"

    - 2016–2023 – mövsümlərdə ardıcıl ölkə çempionluğu və kubok qalibiyyəti

    Köməkçi məşqçi Vusal Rüstəmov

    2016-cı ildə məşqçi olub. Vusal Rüstəmov 2023-cü illərdə kişilərdən ibarət milli yığmada baş məşqçi köməkçisi işləyib. 2024/2025 mövsümündə komandanın kapitanı olub. “Azərreyl” klubu ilə liqa çempionu olub. 2022-ci ildə V İslam Həmrəylik Oyunlarında qadın milli komandasının məşqçisi kimi 3-cü olub.

    Oyunçular

    Aynur İmanova

    “Azərreyl” klubunda 10 il oynamış və komandanın kapitanı olmuş milli oyunçumuz 2024/2025 mövsümündə çempion olub. 2006-cı ildən etibarən milli komandada forma geyinən Aynur 2006 və 2018 FIVB dünya çempionatları ilə yanaşı, 6 Avropa çempionatında heyətdə olub. Həmçinin, 9 Azərbaycan Kuboku çempionluğu və 5 Liqa Kuboku çempionluğu qazanıb.

    Katerina Jidkova

    Milli voleybolçu 9 il Azərbaycan klublarında mübarizə aparıb. Təcrübəli oyunçu Ukrayna, Rumıniya, Türkiyə, İtaliya, Macarıstan, İndoneziya və Vyetnam ölkələrində forma geyinib. 2024/2025 mövsümündə “Abşeron” komandasının kapitanı olan oyunçumuz ölkə kubokunda çempion olub, liqanı 2-ci yerdə tamamlayıb. Milli komandalarla FIVB dünya çempionatı, CEV Cup, İslam Həmrəylik Oyunları, CEV Avropa Liqası kimi müxtəlif turnirlərdə iştirak edib.

    Ceyran İmanova

    “Azərreyl” voleybol klubunda 4 çempionluq yaşayan milli oyunçu 2024/2025 mövsümündə yenə çempion olub. 6 il milli komandada yer alan Ceyran 2014-cü ildə dünya çempionatı seçmə mərhələlərinə qatılıb, 2017-ci ildə İslam Həmrəylik Oyunlarında qızıl medal qazanıb.

    Nilufər Ağazadə

    2024/2025 mövsümündə “Azərreyl” klubunda çempion olan milli oyunçumuz CEV Challenge Cup turnirində də oynayıb. 2 ildir ki, Azərbaycan milli komandasında yer alan Nilufər Avropa çempionatında da iştirak edib.

    Raziyə Əliyeva

    5 ildir ki, milli komandada yer alan oyunçumuz liqada son 3 mövsümdə “Azərreyl” klubunda çempion olub.

    Top oyunları

    Naxçıvan klubunda litvalı legioner

    22.09.2026 15:08:28
    Top oyunları

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33
    Basketbol

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Top oyunları

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Top oyunları

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Basketbol

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Naxçıvan klubunda litvalı legioner

    22.09.2026 15:08:28

    Premyer Liqanın bombardiri Avropa klublarının "radar"ında

    22.09.2026 14:43:51

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved