Qadın voleybolçular arasında Yüksək Liqada ilk final oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan görüş “Abşeron”un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab matçı aprelin 24-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
Qeyd edək ki, çempion 2 oyunun nəticəsinə əsasən məlum olacaq. 2 qarşılaşmadan sonra tərəflər hərəyə 1 qələbə qazanarlarsa (xallar da bərabər olarsa), "qızıl set" oynanılacaq.
