Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev UFC-də debüt edəcək.
Prosport.Az xəbər verir ki, bunu “MMA Azerbaijan” açıqlayıb.
Musayev ilk döyüşünü iyunun 21-də Bakıda keçiriləcək turnirdə keçirəcək. 35 yaşlı idmançının UFC-dəki ilk rəqibi hələ dəqiqləşməyib.
Tofiq son döyüşünü 2023-cü ilin noyabrında keçirib. O, həmin vaxt “Rizin” çərçivəsində yaponiyalı Koci Takedaya 3-cü raundda nokautla qalib gəlib.
Qeyd edək ki, Tofiq Musayev MMA-da keçirdiyi 27 görüşdə 22 qələbə qazanıb və 5 dəfə uduzub.