Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Multiidman yarışları
    Gimnaziadada gördüklərim, uşaq idmanında qazanılan nəticə – YAZI
    17.04.2025 20:57:58

    6-12 aprel tarixlərində Serbiyada 15 yaşadək (U-15) idmançılar arasında Dünya Məktəb Oyunları, qısaca adlandırsaq, Gimnaziada təşkil olundu. İndiyədək keçirilmiş Gimnaziadalar tarixində Azərbaycan ora çox sayda (191 idmançı) atletlə yollanmışdı. Həmçinin, ardıcıl 2-ci il Gənclər və İdman Nazirliyinin xətti ilə media nümayəndələri də Gimnaziadaya ezam olunmuşdu.

    Prosport.Az-ın təmsilçisi olaraq mən də orada yer alırdım.

    Şəxsi təcrübə

    Əvvəlcə onu bildirim ki, 16 illik idman jurnalistikası karyeramda ilk dəfə idi ki, bu yaş kateqoriyasında multiidman yarışını işıqlandıracaqdım. Bəli, ötən il "Qarabağ"ın U-15, U-14 və U-13 komandalarının Belarusun paytaxtı Minskdə keçirilmiş beynəlxalq turnirində iş başında olmuşdum. Ancaq bu yaş qrupunda qeyri-futbol növlərini işıqlandırmaq ilk təcrübə idi.

    Yarış daha əvvəl də qeyd etdiyim kimi, Serbiyanın Zlatibor şəhəri, eləcə də bu ölkənin Novi Sad, Ujitse, Nova Varoş, Pojeqa, Priboy və Luçani şəhərlərində keçirildi. Çalışdığım qədəri ilə Azərbaycan idmançılarının çıxış etdiyi 16 idman (2 paralimpiya) növünün keçirildiyi arenalara baş çəkdim. Bu, müqayisə və şəxsi təcrübə üçün çox lazım idi. Yalnız idman gimnastikasının keçirildiyi Novi Sad şəhərindəki arenada, atletika yarışlarının təşkil olunduğu Priboy şəhərinin stadionunda, eləcə də Zlatibordakı tennis kortu və şahmat oyunlarının baş tutduğu hoteldə ola bilmədim. Zatən, fiziki cəhətdən bütün yarışlarda olmağım da mümkün deyildi.

    Bununla belə, qeyd edə bilərəm ki, bunadək jurnalist kimi iştirak etdiyim bütün Avropa Oyunları, İslam Həmrəylik Oyunları və Avropa Gənclər Olimpiya Festivalı (EYOF) ilə 1972-ci ildən fəaliyyət göstərən və mənzil-qərargahı İsveçrənin Lozanna şəhərində olan Beynəlxalq Məktəb İdmanı Federasiyasının (ISF) keçirdiyi yarışı bir araya gətirmək olmaz. Bu barədə aşağıda səbəbini izah edəcəyəm.

    Yeri gəlmişkən, əvvəllər Azərbaycanda millət vəkili Sevinc Hüseynovanın prezidenti olduğu Məktəb İdmanı Federasiyası fəaliyyət göstərirdi. 2018-ci ilin martın 1-də Milli Olimpiya Komitəsində (MOK) təqdimatı da olmuşdu. Lakin daha sonra Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya ala bilmədiyindən, fəaliyyətini dayandırdı. Hazırda ISF-də Azərbaycan nümayəndəliyi kimi Azərbaycan Məktəb İdmanı Liqası tanınır.

    Təşkilatçılıqda problemlər

    Gimnaziada yarışı ilk günlərdən problemlərlə başladı. 22-ci dəfə keçirilən, 3-cü dəfə U-15-lər arasında baş tutan yarışın təşkilatçılığı bu formada olmamalı idi. 

    Əvvəla o suala cavab tapaq ki, Gimnaziada, xüsusən U-15 Gimnaziadası niyə 2-ci dəfə Serbiyaya salınmışdı? Çünki ISF və Avropa Məktəb İdmanı Federasiyası (ESSF) hazırda serblərin əlindədir. ESSF-in və Yerli Təşkilat Komitəsinin prezidenti, keçmiş voleybolçu, sabiq Yuqoslaviya millisinin kapitanı, olimpiya və dünya mükafatçısı, 57 yaşlı Jelko Tanaskoviç ISF-ə aprelin 8-da keçirilmiş Baş Assembleyada prezident seçildi. O, bu posta namizəd bəhreynli Saqer Əl-Xəlifəni məğlub etdi. Ötən ilin iyulunda nazirlikdə və MOK-da qonaq olmuş ISF-nin fransalı prezidenti Loran Petrinka isə oktyabrda istefa verib (məhz həmin tədbirdən sonra Azərbaycan idmançılarının oktyabrda Bəhreynin paytaxtı Manamada keçirilmiş U-18 Gimnaziadasında iştirakı dəqiqləşdi – red.). Yeri gəlmişkən, növbəti yarışın Bakıda keçirilməsi məsələsi də müzakirə mövzusudur. Tanaskoviç isə seçildiyi gün bildirdi ki, Serbiya hökuməti növbəti 10 il ərzində ISF-ə 2,5 milyon avro yardım edəcəyinə və Belradda bu qurumun ofisinin açılacağına söz verib.

    56 ölkənin qatıldığı yarış niyə paytaxt Belqrada yox, Serbiyanın qərbində yerləşən Zlatibor dağlıq regionuna (yalnız idman gimnastikası ölkənin şimalındakı Voyvodina Muxtar Vilayətinin Novi Sad şəhərində keçirilirdi – red.) salınmışdı? Bu suala belə cavab vermək mümkündür ki, təşkilatçılar bu multiidman yarışı vasitəsilə Zlatibor turizm mərkəzini beynəlxalq aləmdə tanıtmaq məqsədi güdürdü. Axı "Qold Qondola" adlı dünyanın ən uzun kanatı məhz 2021-ci ildən bu ərazidə fəaliyyət göstərir. Zlatibor xüsusən qış aylarında gözəl dağ təbiəti, Tornik dağ xizəkçilik mərkəzi ilə gözəldir.

    Lakin elə aprel ayı olmasına baxmayaraq, açılış mərasiminin ertəsi günü – 6 aprel regionun soyuq iqlimi bizə öz şıltaqlığını göstərməyə başladı. Qar yağdı və bununla da təşkilatçıların problemləri başlandı. 3x3 basketbol yarışı 7 aprel səhər saatlarında keçirilməli olsa da, döşəmənin qara görə buz bağlaması səbəbindən günorta vaxtına keçirildi. Baxmayaraq ki, yarış hələ üstüörtülü məkanda keçirilirdi. Kamandanoxatma yarışı idmançıların kamanı soyuqdan tuta bilməməsinə, tennis və çimərlik voleybolu isə qar yağdığından, məkanın əlverişsiz olmasına görə başqa günlərə təxirə salındı. Hətta elə qənaətə gəlmək olurdu ki, bu yarışlar hər gün təxirə salınmaqla, sonda ləğv ediləcək. Ləğv olunmadı, ancaq vaxt azlığından, oyun qrafikləri dəyişdirildi. Oğlanlarda tennis yarışları isə məcburiyyətdən 1 günlüyə Zlatibordan 2 saat uzaqlıqda yerləşən, Luçani kimi Moravitsa dairəsinə daxil olan Çaçak şəhərində keçirildi. Bununla da yarışlar qeyri-rəsmi 8-ci şəhərdə baş tutmuş oldu.

    Sonda onu da bildirim ki, yarışda könüllülərin olması ilə olmaması arasında fərq yox idi. Çünki nə açılış mərasimində, nə də sonra əyinlərində xüsusi forma olan könüllü görmədik. Yarışların bəzilərinə girişdə bizə verilən akkreditasiyanın da elə bir önəmi yox idi. İstənilən şəxs daxil olub, yarışı izləyə bilərdi. Kamandan oxatmanın beynəlxalq miks komanda yarışının (sıralamaya əsasən ən güclü ilə ən zəif idmançılar bir komanda halında çıxış edirdi – red.) yarımfinalında yarışın ortasında hakimin görüşü saxladıb, cütlərin səhv olduğunu bildirməsi isə turnirin səviyyəsindən xəbər verir.

    Yarışda Bosniya və Herseqovinanın tərkib hissəsi olan Serb Respublikasının (Srpska Republika), Kanadanın Kvebek ştatının, Çinin tərkib hissəsi olan Makaunun qatılması birmənalı qarşılana bilməz. Həmçinin, bəzi idman növlərində (məsələn, badminton, 3x3 basketbolunda) bir ölkənin bir neçə komandasının iştirakı da yarışın festival səviyyəsində keçirildiyini göstərir.

    Karatenin hansı növünün (şotokanın növü olan fudokana oxşayırdı) bu yarışda təmsil olunması isə indiyədək mənə qaranlıq qaldı. İdman karatesinə aid əlcək və ayaqlıqlarla yollanan idmançılarımız yarış vaxtı ağ əlcəkləri olmadığından, məcbur başqa idmançılardan xahiş edib döyüşə çıxmalı olurdu. Bunu da Azərbaycan Karate Federasiyasının mənfisinə yazmaq olar. Hər halda təşkilatçılar öncədən müvafiq qurumlara yarışın karatenin hansı növündə keçirilməsini qeyd etmişdi. Ümumiyyətlə, yeganə karate yarışları idi ki, ora klublar qatılmışdı (tabloda həmin klubların adlarını görmək mümkün idi – red.). Azərbaycan da burada 2 klubla təmsil olunurdu. Gimnaziadaya 338 idmançı ilə qatılmış Rumıniya atletlərinin çoxu məhz karatedə idi. Hakimlərin də əksəri rumın olduğundan, öz ölkələrinin idmançılarını da onlar idarə edirdi. Rumıniya bu yarışda 71 medal (19 qızıl, 22 gümüş və 30 bürünc) qazandı.

    Bu baxımdan Azərbaycanın təşkilatçılığı ilə Serbiyanınkını bir müqayisəyə qoymaq düzgün deyil. Düzdür, bu, Azərbaycanın ev sahibi olduğu Avropa Oyunları, İslamiada və ya EYOF yaş səviyyəsində bir yarış da deyil. Ancaq əminəm ki, təşkilatçılıq sahəsində kifayət qədər təcrübəsi olan Azərbaycan bu yarışı da keçirsə, belə səhvlər olmayacaq.  

    Nəticə

    Sonda nəticəyə gələk. Serbiyaya getməmişdən əvvəlki yazımın başlığı bu formada idi: "Gimnaziada haqqında bilmədikləriniz". İndi artıq daha təfsilatlı qənaətə gəlmək üçün əlimizdə əsas var. Əvvəlcə, mənfi məqamdan başlayaq. 11 idman növündə – idman gimnastikası, üzgüçülük, badminton, kamandan oxatma (çinli oğlanla birgə beynəlxalq miks komanda yarışında çempion olan Leyla Məmmədlinin medalı hesaba alınmır – red.), tennis, stolüstü tennis, şahmat, atletika, karate (gümüş medal qazanmış Qorxmaz Səfərlinin də medalı hesaba alınmayıb – red.), çimərlik voleybolu və 3x3 basketbol yarışlarında medal olmadı. Bu idman növlərində hələ çox iş görülməlidir ki, gələcəkdə atletlər Azərbaycana medal qazandıra bilsin.

    5 idman (və 2 paralimpiya) növündə isə medal oldu. Azərbaycan bu yarışda 84 medal (rəsmi) qazandı. Bunun 33-ü qızıl, 23-ü gümüş, 28-i bürünc medal oldu. Medalları güləş, taekvondo, boks, cüdo, karate, qılıncoynatma, eləcə də parabadminton və paraüzgüçülükdən əldə etdik. Ən çox medal güləşdə (25), ən çox qızıl medal taekvondoda (13) oldu. Kəmiyyətə uyğun keyfiyyət əmsalına görə isə parabadminton bu mənada fərqləndi. Belə ki, 5 idmançı ilə qatılan parabadmintonçularımız 6 medal qazandı.

    Beləliklə, 30 idmançı ilə qatılan güləşdə 25 medal (6-8-11/bunun 10-u (2-3-5) sərbəst, 9-u (3-2-4) yunan-Roma və 6-sı (1-3-2) qadın güləşinin payına düşür), 29 idmançı ilə qatılan taekvondoda 19 medal (13 qızıl, 3 gümüş, 3 bürünc/bunun 3 qızılı pumsenin payına düşür), 22 idmançı ilə qatılan boksda 21 medal (7-10-4), 18 idmançı ilə qatılan cüdoda 7 medal (3-0-4), 12 idmançı ilə qatılan qılıncoynatmada 3 medal (1 qızıl şpaqanın, 2 bürünc medal sablyanın payına düşür), 6 idmançı ilə qatılan paraüzgüçülükdə 3 medal (0-1-2) və 5 idmançı ilə qatılan parabadmintonda 6 medal (3-1-2) qazandıq.

    Bu nəticə ilə Çin (61-21-16), Ukrayna (43-43-61) və Braziliyadan (38-42-57) sonra 4-cü olduq. Xatırladaq ki, Azərbaycan iştirakçı ilə təmsil olunmasına görə Rumıniya (338), Serbiya (319), Braziliya (244) və Ukraynadan (229) sonra 5-ci ölkə idi.

    Medal sayına görə isə Ukrayna (147), Braziliya (137), Çin (98) və İrandan (86) sonra 5-ci olduq. Ümumiyyətlə, medal əyarına görə qonşu ölkələrdən İran (29-32-25) 6-cı, Türkiyə (16-22-26) 8-ci və Ermənistan (2-5-4) 16-cı oldu. Gürcüstan isə medalsız qaldı. 60-a yaxın ölkədən 38-i medal qazana bildi.

    Ötən ilin 23-31 oktyabrında Bəhreyndə keçirilmiş U-18 Gimnaziadasında 160 idmançı ilə təmsil olunan Azərbaycan 77 medal (23-26-28) qazanmış və 7-ci olmuşdu. Lakin sonuncu Gimnaziada ilə Ərəbistandakı turnir fərqli yaş kateqoriyalarında olduğundan, bu müqayisəni düzgün saymırıq. 2021-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilmiş U-15 Gimnaziadasında isə Azərbaycan cəmi 31 idmançı ilə yollanıb. Orada 20 medal (4-8-8) qazanmışdıq. Göründüyü kimi, idmançı say fərqi də 4 il əvvəl fərqli olub. 2 il əvvəl Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş U-15 Gimnaziadasında isə Azərbaycan iştirak etməyib.

    Səbuhi Musa 

    Döyüş növləri

    2 idmançımızın olimpiya medalı dəyişdirilir

    25.02.2026 17:17:18
    Olimpiya Oyunları

    "Olimpiadadakı təcrübəni daha böyük uğurlara çevirmək istəyirik" - Anar Bağırov

    23.02.2026 16:10:16
    Digər idman növləri

    Azərbaycan Qış Olimpiya Oyunlarında yenə medalsız qaldı

    18.02.2026 18:12:28
    Digər idman növləri

    Sonuncu idmançımız Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır

    18.02.2026 10:55:06
    Multiidman yarışları

    Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında sonuncu oldu

    11.02.2026 10:00:48
    Olimpiya Oyunları

    Azərbaycan idmançısı Qış Olimpiadasında mübarizəyə başlayır

    10.02.2026 10:24:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ" – "Şamaxı": HEYƏTLƏR

    4.03.2026 18:02:30

    Basketbol yığmalarımız Türkiyədə 13 oyun keçirdi

    4.03.2026 17:22:24

    "Neftçi"nin futbolçusu Kipr klubunun hədəfində

    4.03.2026 16:56:33

    "Bu, "Sabah"la oyunda qələbə qazanmaq üçün kifayət etmədi" – Bakı klubunun legioneri

    4.03.2026 15:43:26

    "Azərbaycan üçün seçmə mərhələdə artıq bir qələbə də uğur sayılır" – Belarus mətbuatı

    4.03.2026 14:20:17

    "Qarabağ" "Qalatasaray"ın da istədiyi hücumçu ilə maraqlanır

    4.03.2026 13:32:33

    Premyer Liqa klubunda qalmaqal - Komanda üzvləri tənqid olundu

    4.03.2026 13:13:50

    "Zirə"nin kapitanı 200-ə çatdı

    4.03.2026 12:10:24

    Əliyar Ağayev müharibəyə görə Azərbaycana qayıda bilmir – Küveytdə qalıb

    4.03.2026 11:57:28

    Azərbaycan Kuboku: Cavab oyunlarının hakimləri bilindi

    4.03.2026 11:11:20

    PSJ-nin qapıçısı "Sabah"da - Razılıq əldə olundu

    4.03.2026 10:41:50

    Azərbaycan Kuboku: "Qarabağ" geridönüş edə biləcəkmi?

    4.03.2026 10:14:26

    Azərbaycanlı hakim reytinq turnirinin ən yaxşısı seçildi

    3.03.2026 23:05:30

    Azərbaycanı Qran-pridə onlar təmsil edəcək – ADLAR

    3.03.2026 22:20:19

    "Bəlkə nəsə psixoloji problemləri var" – Saşa İliç

    3.03.2026 21:29:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved