Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Gimnaziadanın cüdo yarışlarında Azərbaycan niyə az medal qazandı? – Vitse-prezident açıqladı
    16.04.2025 20:11:45

    "Gimnaziadanın cüdo yarışlarına 2010-cu illəri də buraxmışdılar. Ancaq Beynəlxalq Cüdo Federasiyası (IJF) 2010 təvəllüdlü idmançıları U-18-ə aid edir. Məsələn, bu il U-18 yaş kateqoriyasına 2008, 2009 və 2010 təvəllüdlü cüdoçular daxildir. Cüdoda U-15 yaş kateqoriyası olmasa da, ora 2011 və 2012 təvəllüdlülər aid olmalıdır".

    Bunu Prosport.Az-a Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti və baş katibi Rəşad Rəsullu deyib.

    Serbiyanın Luçani şəhərində keçirilmiş U-15 Gimnaziadasının cüdo yarışlarında idmançılarımızın çıxışları istənilən formada olmayıb. Belə ki, yarışa 2011-2012 təvəllüdlü 18 cüdoçu (9 oğlan, 9 qız) ilə qatılan ölkəmiz bu idman növündən cəmi 7 medal qazana bilib. Bunun 3-ü qızıl, 4-ü bürünc medal olub.

    Rəşad Rəsullu uğursuzluğun səbəbini belə izah edib: "Təşkilatçılar U-15 Gimnaziadası olmasına baxmayaraq, 2010-ları da bura daxil etmişdi. Bizim bundan xəbərimiz son anda olduğundan, komandanı dəyişdirə bilmədik. Ona görə də Serbiyada 2011-2012 təvəllüdlü idmançılarla çıxış etdik. Bu yaş qrupunda isə 1 yaş çox böyük fərq edir. Əgər 2010-lar buraxılırdısa, yarışın adı U-15 yox, U-16 Gimnaziadası qoyulmalı idi. Ona görə də xüsusən oğlanlarda çıxışımız istədiyimiz kimi alınmadı".

    Yeri gəlmişkən, saytımızın Serbiyaya ezam olunmuş əməkdaşı da məsələ ilə bağlı kiçik araşdırma aparıb. Türkiyə komandasının məşqçisi yarışa 2010 təvəllüdlü idmançılarla qatıldıqlarını etiraf edib. Azərbaycan idmançıları isə cüdo yarışlarının ilk günündə (11 aprel) oğlanlarda ağır çəki dərəcələri olan 55, 60, 66, 73, 81, +81 kq çəki dərəcələrində özündən 1-2 yaş böyüklərlə yarışdığından, cəmi 1 bürünc medal (Mehdi Məhəmmədəli) qazana bilib.

    Qeyd edək ki, Azərbaycan idmançılarının yarışdığı idman növlərindən cüdodan başqa, atletika, badminton (parabadminton), 3x3 basketbolu, çimərlik voleybolu, boks (B klass), şahmat, qılıncoynatma, idman gimnastikası, karate, üzgüçülük (paraüzgüçülük), stolüstü tennis, tennis və güləşdə də 2010 təvəllüdlü idmançılardan istifadə olunub. Yalnız kamandan oxatma və taekvondoda 2011-ci il maksimum təvəllüd ili hesab edilib.

    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Cüdo

    "Böyük Dəbilqə": Cüdoçularımızdan 1 qızıl, 1 gümüş medal - FOTOLAR

    12.09.2026 22:08:41
    Cüdo

    Hidayət Heydərov zədələndi

    12.09.2026 16:53:19
    Cüdo

    Cüdoçularımızdan "Böyük Dəbilqə"yə medalsız start

    11.09.2026 22:43:16
    Cüdo

    Cüdoçularımızın ilk rəqibləri bilindi - Debütdə 2 erməni idmançı ilə görüş olacaq

    10.09.2026 17:20:50
    Cüdo

    Nazirdən millimizin üzvlərinə vacib tövsiyə

    10.09.2026 14:44:17
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11

    Mahir Emreli 80 dəqiqə oynadı, komandası uduzdu

    19.09.2026 23:40:14
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved