Azərbaycan millisi Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziadada daha bir medal qazanıb.
Prosport.Az xəbər verir ki, paraüzgüçümüz Səlim Məmmədov (S12) fəxri kürsüyə yüksəlib.
O, 200 m kompleks (qarışıq) yarışda finişə 3:10.69 dəqiqəyə çataraq bürünc medal qazanıb. Bununla da paraüzgüçülər 3-cü medalı qazanıb.
Qeyd edək ki, bununla da yığmamızın medal sayı 54-ə yüksəlib.