Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Multiidman yarışları
    Azərbaycan ilin ilk multiidman yarışına qatılır: Gimnaziada haqqında bilmədikləriniz
    4.04.2025 11:34:49

    4-14 aprel tarixlərində Serbiyanın dağ kurort ərazisi sayılan Zlatiborda Beynəlxalq Məktəb Federasiyasının (International School Federation) Dünya Məktəb Oyunları keçiriləcək.

    Prosport.Az bu il Azərbaycanın qatılacağı ilk multiidman yarış haqda maraqlı məlumatları təqdim edir:

    Dünya Məktəb Oyunları qısaca Gimnaziada kimi də tanınır. 1974-cü ildən etibarən 18 yaşadək (U-18) idmançılar arasında 19 dəfə Gimnaziada keçirilib. Məsələn, ötən ilin 21-31 oktyabrında Bəhreynin paytaxtı Manamada keçirilmiş yarışda Azərbaycan 87 medal qazanıb, əyara görə (23 qızıl, 26 gümüş, 38 bürünc medal) 7-ci olub.

    Lakin budəfəki yarış 15 yaşadək (U-15) məktəbli idmançılar arasında keçiriləcək. Bu, 3-cü belə hal olacaq. 2021-ci ildə də U-15-lərin ilk Gimnaziadasına Serbiya ev sahibliyi edib. Həmin ilin 11-19 sentyabr tarixlərində baş tutmuş və Azərbaycanın da iştirak etdiyi yarış paytaxt Belqradda keçirilib. 2023-cü ildə isə Braziliyanın Rio-de-Janeyro şəhəri təşkilatçılıq edib. Bu yarışda isə Azərbaycan təmsil olunmayıb.

    Budəfəki yarışın məkanı Zlatibor sayılsa da, Gimnaziada Serbiyanın digər şəhərlərində də baş tutacaq. Məsələn, Azərbaycan idmançılarının yarışacağı şəhərlər arasında Novi Sad Serbiyanın 2-ci böyük şəhəridir. Novi Sad şimalda – Voyvodina Muxtar Vilayətində yerləşir. Orada idman gimnastlarımız mübarizə aparacaq. Həmçinin, Azərbaycanın ən çox medal qazanacağı idman növlərindən olan cüdo və güləşin keçiriləcəyi Luçani şəhəri Moravitsa dairəsində (okruq) yerləşir. İdmançılarımızın mübarizə aparacağı digər idman növlərindən kamandan oxatma, 3x3 basketbolu, çimərlik voleybolu, boks, şahmat, tennis, stolüstü tennis yarışları Zlatiborda, badminton (parabadminton), üzgüçülük (paraüzgüçülük) Ujitsedə, taekvondo, karate Pojeqada, qılıncoynatma Nova Varoşda və atletika Priboyda baş tutacaq. Bu adı çəkilən şəhərlər Zlatibor dairəsində yerləşir və Zlatibordan təxminən 1 saat məsafədə yerləşir.

    4-14 aprel tarixləri komandaların gəlmə və getmə tarixləri ilə ölçülüb. Əslində yarış 6-12 aprel tarixlərində baş tutacaq. Belə ki, 5 aprel tarixində açılış mərasimi (həmçinin, texniki iclas, məşq və rəsmi çəkiölçmə mərasimi) olacaq. 6 apreldən isə yarışa start veriləcək. Aprelin 9-u ölkələrin milli atributlarını nümayiş etdirdiyi gün olacaq. 12 apreldə keçiriləcək bağlanış mərasimi ilə növbəti Gimnaziada yekunlaşacaq.

    Yeri gəlmişkən, bu dəfə 19 idman (3 paralimpiya) növündə mübarizə gedəcək. Bu, U-15-lərin Gimnaziadaları tarixinə ən çox idman növünün təmsil olunduğu yarış kimi adını yazdıracaq. Azərbaycan 16 idman (2 paralimpiya idman növü də daxil) növündə təmsil olunacaq. Bundan başqa, paraatletika, idman rəqsi, səmti müəyyənetmə və padel idman növləri üzrə də yarışlar baş tutacaq.

    Azərbaycan idmançılarının mübarizə aparacağı idman növləri üzrə yarışların təqvimi belədir:

    Kamandan oxatma (7-12 aprel) – 2011-2013 təvəllüdlülər
    Atletika (8-10 aprel) – 2010-2012 təvəllüdlülər
    Badminton (6-12 aprel) – 2010-2013 təvəllüdlülər
    Parabadminton (6-11 aprel) – 2010-2013 təvəllüdlülər
    3x3 basketbolu (7-11 aprel)– 2010-2011 təvəllüdlülər
    Çimərlik voleybolu (7-12 aprel)– 2010-2012 təvəllüdlülər
    Boks (10-12 aprel) – 2011-2012 (A klass), 2010 (B klass) təvəllüdlülər
    Şahmat (6-10 aprel) – 2010-2016 təvəllüdlülər
    Qılıncoynatma (6-8 aprel) – 2010-2012 təvəllüdlülər
    İdman gimnastikası (6-7 aprel) – 2010-2011 (qızlar), 2010 (oğlanlar) təvəllüdlülər
    Cüdo (11-12 aprel) – 2010-2012 təvəllüdlülər
    Karate (10-11 aprel) – 2010-2013 təvəllüdlülər
    Üzgüçülük və paraüzgüçülük (7-11 aprel) – 2010-2012 təvəllüdlülər
    Stolüstü tennis (7-12 aprel) – 2010-2012 təvəllüdlülər
    Taekvondo (8-9 aprel) – 2011-2013 təvəllüdlülər
    Tennis (6-12 aprel) – 2010-2012 təvəllüdlülər
    Güləş (6-8 aprel) – 2010-2012 təvəllüdlülər

    Qeyd edək ki, 2742 idmançı bu Gimnaziadada mübarizə aparacaq. Ən çox idmançı ilə qatılan ölkə Serbiyanın qonşusu Rumıniyadır. Onlar 338 idmançı ilə mübarizə aparacaq. Daha sonra meydan sahibləri (319) və Braziliya (244) gəlir. Ukrayna (229) 4-cü, Azərbaycan (192) 5-cidir.

    Səbuhi Musa

    Multiidman yarışları

    "Formula 1"in tanınmış pilotu Bakıda cərimələnə bilər

    15.09.2026 15:12:32
    Multiidman yarışları

    "Formula 1": 10 ildə marşal proqramına 35 mindən çox müraciət olub

    8.09.2026 11:46:47
    Digər idman növləri

    "Formula 1" üzrə Azərbaycan Qran-prisində "City" tribunası quraşdırıldı

    1.09.2026 15:42:03
    Multiidman yarışları

    İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

    15.08.2026 18:46:47
    Multiidman yarışları

    Olimpiya çempionu xəstəxanaya yerləşdirildi

    25.07.2026 16:25:02
    Multiidman yarışları

    Ramil Quliyevin xanımının olimpiya medalı əlindən alındı

    23.06.2026 13:13:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11

    Mahir Emreli 80 dəqiqə oynadı, komandası uduzdu

    19.09.2026 23:40:14
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved