Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Bakıya Avropa çempionatı üçün 3-4 min adam gələcək" – WAKO vitse-prezidenti
    25.03.2025 20:00:13

    2027-ci ildə Bakıda kikboksinq üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında Avropa çempionatı keçiriləcək. Bu məqsədlə Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) irlandiyalı prezidenti Roy Beyker və vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı bu ay Bakıda olub.

    Prosport.Az Salim Kayıcı ilə görüşərək türkiyəli mütəxəssisdən müsahibə götürüb.

    – Avropa çempionatının Bakıda keçirilməsinin tam rəsmiləşdiyini söyləmək olarmı?
    – Öncə Azərbaycan Kikboksinq Federasiyasının (AKF) bizə qonaqpərvərliyinə görə təşəkkür etmək istəyirəm. AKF fəxri prezidenti Adil Əliyevi və prezidenti Orxan Əliyevi əvvəl ziyarət etdik. Daha sonra gənclər və idman naziri və Milli Olimpiya Komitəsi nümayəndələri ilə görüşdük. Bu görüşlərdən sonra sözügedən yarışın Bakıda keçirilməsi rəsmiləşdi. Azərbaycan kikboksinqi çox inkişaf edib. Dünya və Avropa çempionlarınız var. 1 millət, 2 dövlətin nümayəndəsi kimi bununla çox fəxr edirəm. Buradan cənab Prezident İlham Əliyevə də idmana və idmançıya verdiyi dəstəyə görə çox təşəkkür edirəm.

    – Xatırlayıram ki, bir neçə il əvvəl Roy Beyker və siz Gənclər və İdman Nazirliyində mətbuat konfransı keçirmiş, Avropa çempionatının Bakıda keçirilməsi barədə müzakirə getmişdi. Azərbaycan namizəd olsa da, 2021-ci ildə həm böyüklər, həm də yeniyetmə və gənclərin Avropa çempionatı Monteneqronun Budva şəhərinə verildi...
    – 2010-cu ildə Bakıda böyüklərin Avropa çempionatı keçirilib. Bu səbəbdən də Avropa çempionatını Monteneqroya verdik. Amma 2027-ci ildəki Avropa birinciliyi Monteneqrodakından daha da böyük olacaq. Bakıya bu yarış üçün təxminən 3-4 min adam gələcək. Bura idmançı və federasiya rəsmiləri daxildir. Azərbaycanda yeniyetmə və gənc kikboksçuların inkişaf etməsi baxımından qitə birinciliyini bu dəfə Azərbaycana həvalə etdik.

    – Yarışın Bakıda hansı idman obyektində keçiriləcəyi gözlənilir?
    – 2010-cu ildə bu, Heydər Əliyev adına İdman Konsert Kompleksində keçirilmişdi. Bu, tamaşaçı tutumuna görə ölkənin ən böyük arenasıdır. Ancaq arena barədə yekun qərar hələ verilməyib. Bu, nazirliyin qərarından asılı olacaq.

    – Türkiyədə hər il Dünya Kuboku statusunda olan "Turkish Open" turniri keçirilir. Dünya Kubokunun Azərbaycana salınması üçün nələr lazımdır?
    – Onun kriteriyaları var. Dünyada 5 ölkədə (İtaliya, Tailand, Türkiyə, Macarıstan, Özbəkistan – red.) keçirilir. Dünya Kubokuna ev sahibliyi etmək üçün mərhələlərdən keçmək lazımdır. Öncə Bakıda C səviyyəli beynəlxalq döyüş gecəsi keçirilməlidir. Daha sonra A səviyyəsinə yüksəlmək və Avropa Kuboku turnirini keçirmək lazımdır. Məhz bundan sonra Dünya Kubokunu keçirmək mümkündür. Azərbaycanın bu cür turnirlər keçirmək gücündə olduğunu bilirəm. Biz də bu yöndə onlara dəstək olmağa hazırıq. Ancaq Dünya Kuboku üçün əvvəlcə beynəlxalq yarışlara ev sahibliyi etmək lazımdır. Beynəlxalq fəaliyyətlər çoxaldığı halda, olmayacaq bir şey yoxdur. "Turkish Open" ötən ilədək İstanbulda idi. Bu ildən etibarən 14-18 may tarixlərində Antalyada keçiriləcək. Azərbaycan həmişə ora güclü heyətlə gəlir. Biz də bundan çox şad oluruq. Bu turnir dünyanın ən böyük yarışlarından biridir. Orada eyni anda 10-12 rinqdə və 14-15 tatamidə mübarizə gedir. Yəni, təxminən 20 döyüşün eyni anda getdiyi bir yarışdır. İnşallah, eyni şəkildə Azərbaycan da belə yarışa ev sahibliyi edər.

    – Ötən ayın sonlarında AKF-də vitse-prezident postunda dəyişikliklər oldu. Bu barədə nə deyə bilərsiniz? Dəyişiklikləri nə vaxt öyrəndiniz?
    – Dəyişiklikləri Bakıya gəlməzdən öncə öyrənmişdim. Şad olduq. Yeni gələnlərin hamısı bizim dostlarımızdır. Yeni təyin olunanları təbrik edir, ayrılanlara isə gördükləri işlərə görə təşəkkürümü çatdırıram. Bu, AKF rəhbərliyinin qərarıdır, biz də buna hörmətlə yanaşırıq.

    – Başqa ölkələrdə rinq və tatami referiləri üçün seminarlar da keçirilir. Belə seminarlara ev sahibliyi etməyimiz düşünülür?
    – AKF prezidenti və rəsmiləri bununla bağlı istək və tələblə çıxış edərlərsə, Roy Beykerin rəhbərliyi altında bunu dəyərləndirə bilərik. Bu il dünya çempionatı 21-30 noyabr tarixlərində BƏƏ-nin paytaxtı Əbu-Dabidə olacaq. Böyük ehtimalla, Azərbaycan və Türkiyə yığmaları birgə Türkiyədə təlim-məşq toplanışı keçəcək. Bu da bizim üçün önəmli bir şeydir. Ona görə də əlimizdən gələn hər bir dəstəyi göstəriririk.

    – Federasiyanın fəxri prezidenti Adil Əliyevlə münasibətlərinizin də yaxşı olduğunu bilirəm. Sonda bu barədə nə deyə bilərsiniz?
    – Adil Əliyev mənim çox qiymətli qardaşımdır. Onun xətrini çox istəyirəm. Uzun müddətdir ki, dostluq edirik. Təxminən 30 ildir ki, mənim dostumdur. AKF-nin indiki prezidenti Orxan Əliyev də xətrini istədiyim adamdır. Dostluğumuz davam edir.

    – Bir türkün WAKO vitse-prezidenti postunda olması Azərbaycan üçün də yaxşıdır. Bəs həmin qurumun İcraiyyə Komitəsində bir azərbaycanlının olması üçün nə lazımdır? Yəqin ki, meyarlardan biri ingilis dili biliyi olar...
    – İngiliscə bilmək sözsüz ki, lazımdır. Ancaq istəyəcəkləri halda, azərbaycanlı qardaşlarımın orada ola biləcəyini düşünürəm. Yetər ki, istəsinlər, namizədlikləri verilsin. İcraiyyə Komitəsində yer almaq isə seçki ilə olan bir şeydir.

    Səbuhi Musa

    Kikboksinq

    Azərbaycan idmançısı Dünya Kubokunun ikiqat qalibi oldu

    14.05.2026 22:21:28
    Kikboksinq

    Azərbaycanlı döyüşçü UFC ilə müqavilə imzaladı

    6.05.2026 10:56:45
    Kikboksinq

    Rafael Fiziyevin Bakıdakı UFC turnirində rəqibi bilindi

    5.05.2026 15:59:08
    Kikboksinq

    Tofiq Musayevin döyüşü UFC-də ayın ən yaxşısı seçildi

    31.03.2026 23:26:34
    Kikboksinq

    Bəhram Rəcəbzadə kəmər döyüşünə çıxmayacaq – VİDEO

    28.03.2026 13:14:06
    Döyüş növləri

    Bakıda bu gün peşəkar kikboksinq turniri keçiriləcək – FOTOLAR

    17.02.2026 09:48:21
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Mbappe 11 nəfəri keçdi və qol vurdu" - Toral Bayramov

    13.07.2026 10:03:23

    Yusif Dursunov U20 Avropa çempionu oldu

    12.07.2026 23:07:37

    “Bu, komandamız üçün çox böyük və tarixi qələbədir” – Samir Baxşıyev

    12.07.2026 23:04:28

    Millimiz qrupda ilk qələbəsini qazandı

    12.07.2026 23:01:31

    İran baş məşqçi ilə bağlı qərarını verdi

    12.07.2026 22:48:53

    Gimnastlarımızdan qızıl medal – FOTOLAR

    12.07.2026 22:07:44

    Voleybolçularımızdan gümüş medal

    12.07.2026 21:15:19

    "Real"da məşqçi dəyişikliyi

    12.07.2026 20:53:23

    “Çelsi” ilə uğur qazanmaq mümkündür" – Xabi Alonso

    12.07.2026 20:20:36

    Rəşad Əzizli "Kəpəz"ə transfer olundu

    12.07.2026 19:38:11

    "Turan Tovuz"dan "Şəfa"

    12.07.2026 19:15:15

    İnfantino DÇ-də komanda sayını 64-ə çatdırmaq istəyir

    12.07.2026 18:54:33

    "Şəfa" millimizin üzvünü transfer etmək istəyir

    12.07.2026 17:44:51

    Haalandın atası hakimləri sərt tənqid etdi

    12.07.2026 17:11:30

    "Qarabağ" və "Neftçi"nin sabiq futbolçuları eyni komandada

    12.07.2026 16:20:59
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved