Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bakıda çox varlanmışdım" - Sabiq "Neftçi"li
    4.12.2025 12:44:39

    “Korintians”da əsas komandaya yüksələndə çox utancaq idim. Əgər akademiyada olduğum kimi davransaydım, “Korintians”da özümü doğrulda və Avropanın daha yaxşı klublarına keçə bilərdim”.

    Prosport.Az xəbər verir ki, bunu “Neftçi”nin sabiq futbolçusu Bruno Bertuççi ölkəsi Braziliya mətbuatına müsahibəsində deyib.

    Keçmiş müdafiəçi söhbət zamanı “Neftçi”də keçirdiyi anları da xatırlayıb. O, xüsusən də, 2012-13 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində İtaliyanın “İnter” klubuna qarşı Bakıda keçirilən görüşü xatırlayıb: “Bakıda “İnter”ə 1:3 hesabı ilə uduzduq, amma möhtəşəm oyun keçdi. Karyeramın ən yaxşı matçlarından biri idi. Həmin qarşılaşmadan sonra “İnter”in bir direktoru paltardəyişmə otağına gələrək, mənim əlaqə nömrəmi istədi. Təəssüf ki, italyan pasportum olmadığı üçün keçidim alınmadı. Əgər pasportum olsaydı, hər şey yoluna düşəcəkdi. Bunu həmişə xatırlayıram – “İnter”də oynamaq üçün real imkanım var idi”.

    Bertuççi həmin vaxt “Neftçi”də aylıq maaşının 30 min dollar olduğunu söyləyib. 35 yaşlı sabiq futbolçu pulunun qədrini bilmədiyini etiraf edib: “Milyonçu deyildim, amma çox varlanmışdım. Sadəcə, maliyyə savadım yox idi ki, özüm üçün ehtiyat yaradam, bir iş qurum. Karyeramdan sonranı düşünmədim. Qazancımın hamısını xərclədim. Çoxlu daşınmaz əmlaka yatırım etdim. Təkcə Braziliyada 3-4 maşınım var idi. Ölkə xaricində yaşayırdım, amma maşınların orada boş dayanmasına görə pul ödəyirdim. Özümə diqqət yetirmək əvəzinə enerjimi gecə həyatına sərf edirdim. Gecə həyatı məni yoldan çıxardı. Çox yüksək maaş alırdım, bahalı maşın sürürdüm, amma özümü daha yaxşı qorumağım lazım idi. Bu, peşmanlıqlarımdan biridir”.

    Qeyd edək ki, 2012-2014-cü illərdə “Neftçi”nin formasını geyinən Bruno Bertuççi dopinqdən istifadəyə görə, 2017-ci ildə – 27 yaşında iki illik diskvalifikasiya olunub və karyerasını bitirib.

    Futbol

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    Futbol

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    Futbol

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07
    Futbol

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32
    Futbol

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34
    Futbol

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved