Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Multiidman yarışları
    Azərbaycanda keçiriləcək MDB Oyunları ilə bağlı növbəti iclas
    25.02.2025 13:38:08

    2025-ci ildə Azərbaycan Respublikasında keçiriləcək III MDB Oyunlarına fəal hazırlıq işləri aparılır. Fevralın 24-də müvafiq işçi qrupunun onlayn formatında növbəti iclası olub.

    Prosport.Az AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak edib.

    İclas iştirakçılarının diqqətinə Oyunlara hazırlığın gedişi ilə bağlı Azərbaycan Gənclər və İdman Nazirliyinin məlumatı və Bədən Tərbiyəsi və İdman Şurasının təsdiqinə təqdim edilməsi tövsiyə olunan III MDB Oyunlarının Əsasnamə layihəsinə dair təkliflər çatdırılıb.

    Qərara alınıb ki, fevralın 28-dək Azərbaycan tərəfinin təklif etdiyi məsul şəxslərlə Oyunların idman növləri üzrə yarışların detallarının (o cümlədən yaş kateqoriyaları) işlənib hazırlanması təklif edilsin.

    MDB iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində dövlət orqanlarından Oyunlarda iştirakçıların akkreditasiyası üçün rəqəmsal platformada öz ölkələrinin idman nümayəndə heyətlərinin müraciəti prosesinə cavabdeh olan şəxsləri müəyyən etmək, müvafiq qaydada martın 7-dək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə bu barədə məlumat vermək xahiş olunub.

    Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncədə, həmçinin Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndi şəhərlərində keçiriləcək.

    İdmanın 23 növü üzrə yarışların keçirilməsi təklif olunur.

    Oyunlarda iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançıların dəvət ediləcəyi gözlənilir.

    Digər idman növləri

    "Formula 1" üzrə Azərbaycan Qran-prisində "City" tribunası quraşdırıldı

    1.09.2026 15:42:03
    Paralimpiya Oyunları

    İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

    15.08.2026 18:46:47
    Olimpiya Oyunları

    Olimpiya çempionu xəstəxanaya yerləşdirildi

    25.07.2026 16:25:02
    Multiidman yarışları

    Ramil Quliyevin xanımının olimpiya medalı əlindən alındı

    23.06.2026 13:13:57
    Olimpiya Oyunları

    Yenilənmiş Olimpiya medalları Azərbaycan idmançılarına təqdim olundu

    9.04.2026 12:46:21
    Multiidman yarışları

    Paris-2024 medalları yeniləndi - MOK-da təqdimat olacaq

    8.04.2026 14:30:03
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Koxalskinin gedişindən hələ mənim xəbərim yoxdur" - Qurban Qurbanov

    6.09.2026 23:10:53

    Türkiyə millisi ikinci dəfə Avropa çempionu oldu

    6.09.2026 23:05:53

    “Qarabağ”a qarşı belə mübarizə aparmaq olar" - Zaur İsmayılov

    6.09.2026 22:53:44

    Premyer Liqa: "Qarabağ"dan ardıcıl 3-cü qələbə - VİDEO

    6.09.2026 22:08:54

    "Mançester Yunayted" "Sabah"la oyundan əvvəl xal itirdi

    6.09.2026 22:08:23

    "Nəticə oyuna görə olmadı" – Filipe Kandidu

    6.09.2026 20:44:53

    "Mən bu işlərə qarışmamağa çalışıram" – Qurban Berdiyev

    6.09.2026 20:41:35

    Taekvandoçularımızdan 2 qızıl medal – FOTOLAR

    6.09.2026 20:15:34

    “ALUFAR IRONMAN" yarışı başa çatdı – FOTOLAR

    6.09.2026 20:11:13

    "Turan Tovuz"dan autsayder üzərində çətin qələbə - VİDEO

    6.09.2026 20:05:59

    "Qarabağ" – "Araz-Naxçıvan": HEYƏTLƏR

    6.09.2026 19:14:00

    FIFA təsdiqlədi, o da namizəddir

    6.09.2026 18:57:04

    Təmsilçilərimiz Yaponiyada keçirilən yarışda 6-cı oldu – FOTOLAR

    6.09.2026 17:53:55

    "Turan Tovuz" – "Sumqayıt": HEYƏTLƏR

    6.09.2026 16:57:46

    Osimhen 3 həftə yaşıl meydanlardan uzaq qalacaq

    6.09.2026 16:26:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved