Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Nurullayevanın məsuliyyətsizliyi: Dopinqə düşmüş idmançı posterdə – YAZI
    23.02.2025 10:50:39

    Deməli, İslam Həmrəyliyi İdman Assosiasiyası builki İslamiadanın dəqiq tarixini açıqlayıb. Əslində yeni məlumat deyil, öncədən demək olar ki, hamıya yarışın Səudiyyə Ərəbistanında isti avqustda yox, məhz noyabrın bu tarixlərində olacağı bəlli idi.

    Bu barədə 3 post paylaşıblar. Futbol, karate və ağırlıqqaldırmaya aid. Sağ olsunlar, 2017-də Azərbaycanın ev sahibliyi etdiyini nəzərə alıb, hicablı legionerimiz – Anastasiya İbrahimlini ağırlıqqaldıran kimi posterə vurublar.

    Bilməyənlər üçün deyim ki, Qazaxıstandan olan, millliyyətcə alman olan Anstasiyanın əsl familiyası Şvabauadır (Schwabauer). Gorünür, onun hicablı olması, 2017-də qızıl medal qazanması bu posterdə şəklinin yer almasına səbəb olub. Amma...

    Məsələ burasındadır ki, həmin legionerimizin elə həmin il dopinqdən istifadə edərək bu qızıl medalı qazandığı (halbuki İslamiadada 69 kq-da 5 rekord yeniləmişdi) məlum olmuşdu. Ona görə ağırlıqqaldırmada zəhmətkeş insanlardan olan federasiyanın vitse-prezidenti Tofiq Heydərov istefa verməli olmuşdu.

    Cəzası artıq bitib. Maraqlandım, ağırlıqqaldırmanı atıb, artıq Bakıda Nərgiz adıyla fitnes məşqçiliyi ilə məşğuldur. Onda sual doğur: dopinqli idmançını, qızılı əlindən alınmış idmançını ora qoydurmaq kimin təfəkkürünün məhsuludur?

    Bildiyimə görə, həmin assosiasiyanın İcraiyyə Komitəsində minimum 2 nəfər azərbaycanlı var. Onlardan biri millət vəkili, Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayevadır. Bu adam hara baxır? Yaxınlarda MOK üzvlüyündən çıxarılıb, onu başa düşdük. Bəs o da bilmir ki, dopinqə düşmüş, üstəlik idmanı atmış şəxs rəsmi posterə vurula bilməz?

    Ağırlıqqaldırma idmanını da başa düşdük. Hazırda ağırlıqqaldırma idmanı ölüb, öz sahəsində olmayanlar yerindədir, onu yerdən qaldıran lazımdır. Bu posta layiq idmançımız hazırda yoxdur. Bəs cüdo üzrə olimpiya çempionlarımız? Onları qoymaq olmazdımı?

    İllah da karyerasını bitirən, lakin İslamiadanı qazanan idmançı qoymaq istəyirdinizsə, Rafael Ağayev və Hacı Əliyevi, özümüzünkü olanı qoymaq düzgün olmazdımı? Axı ölkə başçısı rəhbəri olduğu MOK-a üzvlüyə Alla Həsənova və bu 2 şəxsi qəbul etməklə idmanın onun nəzarətində olduğunu göstərdi bu yaxınlarda bizə.

    Ona görə də hamı işinə vicdanla yanaşsın. Azərbaycan üçün çalışın, kreslo üçün yox. 2-3 vəzifədə olmaq hələ çox şey bilmək deyil.

    Səbuhi Musa

    Futbol

    "Turan Tovuz"un 2 milyon dollarlıq sponsoru kimlərdir? – ARAŞDIRMA

    5.08.2026 15:58:30
    Futbol

    CV ilə milliyə məşqçi təyinatı olar? – YAZI

    27.07.2026 12:17:33
    P.S.

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    Futbol

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    Futbol

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    P.S.

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan - Tacikistan matçının hakimləri bilindi

    15.09.2026 16:18:53

    Ramil Şeydayev əvəzləndi, "Soçi" geridönüş etdi

    15.09.2026 15:43:29

    "Formula 1"in tanınmış pilotu Bakıda cərimələnə bilər

    15.09.2026 15:12:32

    "Yeni Ulduz"un mükafatçısı idman səfiri seçildi

    15.09.2026 14:42:07

    "Araz-Naxçıvan" millinin bazasına çevrilir - Məşqçi açıqladı

    15.09.2026 14:16:19

    "Kəpəz" azarkeşlərinə görə xərcə düşdü

    15.09.2026 13:40:42

    "Zirə" hücumçusunu icarəyə verdi

    15.09.2026 13:15:11

    Azərbaycandan ayrılıb, II Liqa klubuna keçdi

    15.09.2026 12:45:47

    "Sabah" "Qarabağ"ın göstəricisini təkrarladı

    15.09.2026 12:13:15

    "Sabah"a 3 qol vuran futbolçu əsas komandada

    15.09.2026 11:42:34

    Pərdəni azərbaycanlı futbolçu açdı, komandası böyükhesablı qələbə qazandı

    15.09.2026 11:14:11

    Nigeriyalı futbolçu Azərbaycana niyə gəlib?

    15.09.2026 10:50:33

    Millimizin üzvü oynadı, komandası darmadağın oldu

    15.09.2026 10:26:47

    "Qarabağ"ın legioneri Ukrayna millisinə çağırıla bilər

    15.09.2026 10:00:38

    "Zirə" və "Sabah"dan darmadağın, "Qəbələ" uduzdu

    14.09.2026 23:45:35
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved