Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Stolüstü oyunlar
    "Özümü çempion sayıram" – Şəhriyar Məmmədyarov
    16.02.2025 15:02:59

    Şahmat üzrə kişilər və qadınlar arasında ölkə çempionatının qalibləri bəlli olub.

    Prosport.Az mükafatlandırma mərasimindən sonra qadınlar arasında çempion Günay Məmmədzadə, kişilər arasında gümüş mükafatçı Şəhriyar Məmmədyarov və qızıl medalçı Rauf Məmmədov, eləcə də Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun fikirlərini təqdim edir:

    Günay Məmmədzadə: "Çempionat çox maraqlı keçdi. İlk dəfə idi ki, belə formatda oynayırdıq. Uduzan çempionatı tərk edirdi. Hər bir şahmatçı ən yaxşı oyununu göstərməyə çalışdı. Mənim üçün də kifayət qədər maraqlı və çətin oldu. Hər oyun digərindən maraqlı idi. Xüsusən də tay-breklər. Şadam ki, çempionatı qələbə ilə başa vurdum. Yarış asan deyildi, çünki illər boyunca birlikdə turnirlərdə çıxış etdiyiniz komanda yoldaşlarınıza qarşı oynayırsınız. Bu, oyundur, hər kəs əlindən gələni edir. Mən də özümə inanırdım".

    Şəhriyar Məmmədyarov: "Mən bu çempionatda özümü qalib sayıram. Yarımfinaladək ardıcıl 6 oyunda qələbə qazandım. 15 ilə yaxındır ki, həyatımda belə uğurlu ardıcıllıq olmamışdı. Bu, çox çətindir. Öz nəticəmi gözəl qiymətləndirirəm. Bəzən 1-ci yeri tutursan, amma nəticədən razı qalmırsan. Bu dəfəki yarışda isə öz oyunumdan çox razı qaldım. Azərbaycan Şahmat Federasiyasının rəhbərliyinə təşəkkür edirəm ki, belə yarış təşkil etdi. Bunu həyata keçirmək çox çətindir. Qalır bundan sonra Avropa və dünya çempionatlarında Azərbaycanı yaxşı təmsil etmək. Növbəti il də bu cür ölkə çempionatı təşkil olunsa, yarışmaq istəyərəm".

    Rauf Məmmədov: "Şokdayam, çünki tarixi Azərbaycan çempionatında qələbə qazanmaq çətin idi. Mənim üçün inanılmaz nəticədir. Çempionluğu ötən il rəhmətə gedən atama həsr edirəm. Çünki onun dünyadan köçməsinin 1 ili tamam oldu. Həmişə Azərbaycan çempionatında iştirak etməyimi istəyirdi. Yarımfinalda Teymur Rəcəbovu, finalda Şəhriyar Məmmədyarovu məğlub etmək, əlbəttə, çox çətindir. Bir az da bəxt lazımdır. Şükür Allaha ki, bəxtim də gətirdi. Həm Teymur, həm də Şəhriyarla oyun çətin keçdi. Hələlik dincəlmək istəyirəm. Çünki çox çətin yarış oldu. Daha sonra növbəti planlar barədə düşünəcəyəm".

    Mahir Məmmədov: "Tarixi, Azərbaycanın ən güclü şahmatçılarının iştirakı, həm də ilk dəfə bu sistemlə keçirilən yarış başa çatdı. Bu gün qaliblər müəyyənləşdi. Finallar çox gərgin mübarizə şəraitində keçdi. Şəhriyar Məmmədyarov gözləniləndən fərqli olaraq 2-ci yeri tutdu. Baxmayaraq ki, final mərhələsində üstünlük nümayiş etdirmişdi. Bu, idmandır, səhv edən məğlub olur. Şahmatçıların hər birinin bu yarışda iştirakından məmnunuq. Deyilənə görə, çempionatı rekord sayda tamaşaçı canlı izləyib. Rəqəmlər də açıqlandı. Həm sosial şəbəkələrdə, həm də televiziya vasitəsilə geniş şəkildə işıqlandırıldı. Bu da bizi sevindirməyə bilməz. Ümidvarıq ki, gələcəkdə bütün çempionatlarımız belə keçəcək. Bütün şahmatçıları təbrik edirəm".

    Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat idi. Rauf Məmmədov və Günay Məmmədzadə qalib olduğu üçün müvafiq olaraq 20 min və 10 min manat qazanıb.

    Digər idman növləri

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20
    Stolüstü oyunlar

    Şahmat yığmalarımız İngiltərə və Çexiyaya qarşı

    19.09.2026 10:24:38
    Stolüstü oyunlar

    Şahmat yığmalarımızdan itkisiz irəliləyir

    18.09.2026 19:34:34
    Stolüstü oyunlar

    Şahmat yığmalarımızın Olimpiadada növbəti sınağı

    18.09.2026 10:52:03
    Stolüstü oyunlar

    Şahmat yığmalarımızdan Olimpiadada növbəti qələbə

    17.09.2026 21:16:53
    Digər idman növləri

    Yığmalarımız Danimarka və Filippinə qarşı

    17.09.2026 10:00:54
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11

    Mahir Emreli 80 dəqiqə oynadı, komandası uduzdu

    19.09.2026 23:40:14

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20

    "Borussiya" və "Qarabağ"la oynayacağıq, Çempionlar Liqasına xoş gəlmisiniz" – Valdas Dambrauskas

    19.09.2026 22:44:48

    "Qapıçını irəli göndərən mən idim" – Fərid Namazov

    19.09.2026 22:16:44
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved