Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Stolüstü oyunlar
    Məşhur şahmatçılar Azərbaycan çempionatında: Teymur Rəcəbov da yarışacaq
    28.01.2025 17:34:13

    Azərbaycanın məşhur şahmatçıları ölkə çempionatında iştirak edəcəklər.

    Prosport.Az xəbər verir ki, turnirin açılış mərasimi yanvarın 31-də keçiriləcək.

    Kişilərin yarışı olimpiya sistemi üzrə 26 idmançının iştirakı ilə təşkil olunacaq. Qadınların mübarizəsində isə 16 şahmatçının iştirakı gözlənilir. Reqlamentə əsasən, şahmatçılar bir-biriylə 2 dəfə ağ və qara fiqurlarla mübarizə aparacaq. 2 partiyadan sonra heç-heçə qeydə alınarsa, qalib tay-brekdə müəyyənləşəcək.

    İlk dəfə olaraq ölkənin bütün aktiv şahmatçıları çempionluq uğrunda zəka mübarizəsinə qoşulacaq. Əvvəlcədən elan olunduğu kimi, milli komandanın bütün üzvləri, Beynəlxalq Şahmat Federasiyasının reytinqinə əsasən yüksək yerlərdə qərarlaşanlar və I dəstədə ən yaxşı nəticə göstərən qrossmeysterlər çempionluq uğrunda yarışacaq. Ümumilikdə qələbə uğrunda 19 ölkə çempionatının qızıl medalçısı, 5 Avropa çempionu, Dünya Kubokunun sahibi və beynəlxalq turnirlərin qalibləri çıxış edəcək.

    Azərbaycan çempionatında üçqat Avropa çempionları Şəhriyar Məmmədyarov (rapid üzrə dünya çempionu), Teymur Rəcəbov (Dünya Kubokunun sahibi), Rauf Məmmədov, son ölkə çempionu Aydın Süleymanlı, Eltac Səfərli, o cümlədən Vasif Durarbəyli, İddiaçılar Turnirinin iştirakçısı Nicat Abasov, qitə çempionu Eltac Səfərli, Məhəmməd Muradlı və digərləri mübarizə aparacaq. Qadınlarda Avropa çempionu Ülviyyə Fətəliyeva, milli komandanın üzvləri – qitə çempionatının medalçıları Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, eyni zamanda son çempion Ayan Allahverdiyeva, Türkan və Zeynəb Məmmədyarovalar çıxış edəcək.

    Kişi şahmatçıların çempionatının mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir. Reqlamentə əsasən, kişilər arasında çempionatın qalibi 20 min, qadınların turnirində ilk yerin sahibi isə 10 min manat qazanacaq.

    Stolüstü oyunlar

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20
    Stolüstü oyunlar

    Şahmat yığmalarımız İngiltərə və Çexiyaya qarşı

    19.09.2026 10:24:38
    Stolüstü oyunlar

    Şahmat yığmalarımızdan itkisiz irəliləyir

    18.09.2026 19:34:34
    Digər idman növləri

    Şahmat yığmalarımızın Olimpiadada növbəti sınağı

    18.09.2026 10:52:03
    Stolüstü oyunlar

    Şahmat yığmalarımızdan Olimpiadada növbəti qələbə

    17.09.2026 21:16:53
    Digər idman növləri

    Yığmalarımız Danimarka və Filippinə qarşı

    17.09.2026 10:00:54
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11

    Mahir Emreli 80 dəqiqə oynadı, komandası uduzdu

    19.09.2026 23:40:14

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20

    "Borussiya" və "Qarabağ"la oynayacağıq, Çempionlar Liqasına xoş gəlmisiniz" – Valdas Dambrauskas

    19.09.2026 22:44:48

    "Qapıçını irəli göndərən mən idim" – Fərid Namazov

    19.09.2026 22:16:44
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved