Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası EHF Avropa Kubokunda növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Mingəçevir klubu 1/32 final mərhələsində Kiprin “Parnassos Strovolu” kollektivi ilə cavab matçına çıxıb.
Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində oynanılan qarşılaşma Azərbaycan çempionunun 32:29 hesablı qələbəsi ilə başa çatıb.
Ötən gün keçirilmiş ilk matçda da rəqibini üstələyən (35:31) "Kür" adını növbəti mərhələyə yazdırıb.
