AFFA İntizam Komitəsi sentyabrın 28-də AFFA Gənclər Liqasında (U-19) keçirilmiş “Sabah” FK – “Qarabağ” FK oyunu ilə bağlı cəzaları açıqlayıb.
Prosport.Az xəbər verir ki, “Qarabağ”ın komandasının heyətində Səbuhi Niftiyev qarşılaşmanın 20-ci dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılıb.
“Qarabağ” FK komandasının köməkçi məşqçi Məhəmməd Bədəlbəyli və fiziki hazırlıq üzrə məşqçi Səid Hacıyev qarşılaşmanın 90+3-cü dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılıb. Onların hər biri 2 oyun texniki zonada olmayacaq.
Həmçinin, oyun başa çatdıqdan sonra “Sabah”ın inzibatçısı Aslan Surxayzadə rəqibi (Səbuhi Niftiyevi) vurduğuna görə 3 oyun şərti olmaqla 6 oyun cəzalandırılıb.
