Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Stolüstü oyunlar
    Millimizin üzvü kapitanı tənqid etdi: "Macarıstanda heç mənə salam da vermirdi"
    24.09.2024 00:15:34

    "Olimpiada bizim üçün son illərin ən uğursuz yarışı oldu. Şəxsən mən yarışdan əvvəl medal qazanacağımıza çox inanırdım. Amma..."

    Prosport.Az xəbər verir ki, bunu qadın şahmat millimizin üzvü Gülnar Məmmədova deyib.

    O, komandanın belaruslu kapitanı Mixail Şereşevskinin Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş 45-ci Ümumdünya Şahmat Olimpiadası zamanı ona qarşı haqsızlıq etdiyini və rusiyalı məşqçi Yevgeni Tomaşevskinin debütlərinin düzgün olmadığını bildirib:

    "Mixail Şereşevski ölkəmizə gəldiyi gündən mənə qarşı inamsızlığını aşkar göstərib. Reytinqdə ölkənin 2-ci şahmatçısı olsam da, mənə hər zaman ehtiyat şahmatçı gözüylə baxıb və bunu üzümə də dəfələrlə deyib. Bu inamsızlıq mənə psixoloji cəhətdən mənfi təsir göstərdi. O və Yevgeni Tomaşevski (rusiyalı məşqçi – red.) bura gələndə mənim reytinqim 2400 civarında idi. 1,5-2 il boyunca həm Şereşevskinin federasiyadakı məşqlərinə getdim, həm də Tomaşevskinin verdiyi debütlərdən istifadə etdim. Əvvəlki illərdən daha çox şahmatla məşğul odum. Amma nəticə nə oldu? Reytinqim 2395-dən 2336-ya düşdü. Anladım ki, Şereşevskinin hazırlığı müasir şahmat məşqlərindən çox uzaqdır. Ona görə də son 3 ayda onunla məşğul olmadım. Özüməinamı bərpa etdim və bu müddət ərzində 2 yarışda medal qazandım. Onunla məşğul olmadığım üçün mənimlə daha da prinsip aparmağa başladı. Macarıstanda heç mənə salam da vermirdi.

    Gələk yarışa. İlk 4 turda nəticə 2 qələbə, 2 heç-heçə oldu. 1900 reytinqi olan şahmatçıyla (Avstraliyanı təmsil edən Şen Jiyuanı nəzərdə tutur – red.) heç-heçə etdim. Sonra 2100 reytinqi olan rəqibimlə (sloveniyalı Teya Vidiçi nəzərdə tutur – red.) görüşdə tam uduzulmuş vəziyyətdə heç-heçə etdim. Hər 2 oyunda Tomaşevskiylə aylar öncə baxdığımız variantı oynamışdım və düşünürəm ki, aşağı reytinqli şahmatçılara qarşı düzgün açılış seçimi deyildi. Mənim fikrimcə, elə rəqiblərlə debütlər fərqli olmalıydı.

    3 günlük istirahətdən sonra VII turda mənim oynamağıma qərar verdilər. Bilirdim ki, qalib gəlməsəm, yenə oynatmayacaqlar. Qələbə üçün daha riskli və qarışıq vəziyyət alan açılışdan istifadə etdim. Seçdiyim açılışın rəqibin zəif tərəfinə uyğun hesablandığını düşünürəm. Sadəcə, oyunun ortasında 1 səhv nəticəsində uduzdum. Bu məğlubiyyətdə psixoloji amillərin də rolu var idi.

    Son 4 turda heç bir izahat vermədən oynatmadılar. Hətta komandanın Ukrayna ilə bərabərə qaldığı görüşdən sonra da qalib heyəti dəyişməzlər dedilər. İtaliya ilə oyundan sonra demək olar ki, medal şansı qalmamışdı. Amma yenə də mən oynamadım. Sırf 1 oyunda debüt seçimini özüm etdiyim üçün məni oynatmayıblarsa, bu düzgün deyil. Halbuki onlar heç bir oyundan qabaq hansı variant olacaq, rəqibin zəif tərəfləri nədir, necə oyun stili seçilməlidir deməyiblər. Mən onsuz da öz səhvlərimi bilirdim. Amma buna görə məşqçilər mənimlə prinsip aparmamalıydı. Ən azı Azərbaycanın adına görə oyuna çıxarmalıydılar. Ehtiyac olarsa, Bakıya qayıdandan sonra söhbət aparmalıydılar. Yarış vaxtı mənimlə prinsip aparmaları qeyri-peşəkarlıq idi. Onlar isə Azərbaycan bayrağını ucaltmağı yox, öz prinsiplərini üstün tutdular.

    Bizim komandanın son illər uğur qazanmasının sirri birlik, mehribanlıq, balans idi. Bu dəyərləri qoruya bilmirsənsə, bir zəhmət kapitan olma! Və bütün bu neqativ hallara görə reytinqdə 6-cı olan komanda Olimpiadada 15-ci yeri tutdu.

    Burdan Şereşevskini də təbrik edirəm. Gəldiyi gündən məni ehtiyat oyunçu görürdü və sonda arzusuna çatdı. Amma çox sevinməsin. İnşallah, güclü geridönüş edəcəm.

    Gülnar Məmmədova hələ son sözünü deməyib!"

    Qeyd edək ki, 4-cü lövhədə mübarizə aparmış Gülnar Məmmədova Olimpiadada millimizin Nikaraqua (4:0), Avstraliya (3:1), Argentina (2:2), Sloveniya (3:1) və Qazaxıstanla (1:3) oyunlarında çıxış edib. O bu görüşlərdən 2-də qalib gəlib, 2-də heç-heçəyə və 1-də məğlubiyyətə razılaşıb.

    Digər idman növləri

    Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər - ADLAR

    20.07.2026 12:15:07
    Digər idman növləri

    Millimizün üzvü Avropa üçüncüsü oldu – FOTOLAR

    19.07.2026 23:08:47
    Stolüstü oyunlar

    Vüqar Həşimovun qardaşı Avropa Şahmat İttifaqının vitse-prezidenti seçildi

    18.07.2026 17:00:11
    Digər idman növləri

    Federasiya nümayəndələri arasında maraqlı yarış: Ən böyük balığı kim tutdu? - FOTOLAR

    17.07.2026 17:07:22
    Digər idman növləri

    Azərbaycanda bu federasiyaya yeni baş katib təyin olundu

    16.07.2026 22:16:09
    Digər idman növləri

    Azərbaycan ilk dəfə bu idman növü üzrə Avropa çempionatında

    15.07.2026 21:43:25
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17

    "İmişli"yə əcnəbi məşqçi təyin olundu

    21.07.2026 16:23:36

    Azərbaycanlı futbolçu Xorvatiya nəhəngində baxışda olacaq - FOTO

    21.07.2026 16:00:09

    "100 faiz yeni transferlər olacaq" – Yuri Vernidub

    21.07.2026 15:42:43

    "Hazırda "Braqa" və ya başqa komandanı düşünmürük" - Emin Mahmudov

    21.07.2026 15:15:07

    Toral Bayramov oynadı, "Bursaspor" qələbə qazandı

    21.07.2026 14:46:06

    "İmişli" "Qarabağ"ı darmadağın etdi

    21.07.2026 14:13:33

    "Qəbələ"də nigeriyalı vinger

    21.07.2026 13:20:19

    "Şəfa" növbəti transferini reallaşdırdı

    21.07.2026 13:12:15

    Orxan Sadıqlının yeni klubu bilindi

    21.07.2026 12:42:55

    Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın məsuliyyəti deyil" - Edmond Klaus

    21.07.2026 12:22:50

    "Qarabağ"ın iştirak ərizəsində dəyişiklik: Bolt da heyətdən çıxarıldı

    21.07.2026 12:00:24
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved