Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Kişi yığmamız Qazaxıstana qalib gəldi, qadın millimiz ilk məğlubiyyətini aldı – YENİLƏNİB
    18.09.2024 23:39:49

    Kişi və qadınlardan ibarət millilərimiz Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında Qazaxıstanla üz-üzə gəlib.

    Prosport.Az xəbər verir ki, hər iki görüş VII turda baş tutub.

    Reytinqdə 12-ci olan kişilərdən ibarət millimizdə bu dəfə komandanın lideri Şəhriyar Məmmədyarov oynamayıb. Bununla belə, Teymur Rəcəbovun kapitanı olduğu yığmamız reytinqdə 41-ci olan rəqibinə 3:1 hesabı ilə qalib gələrək yarışda 5-ci qələbəsini əldə edib.

    Aydın Süleymanlı – Denis Maxnev 1:0
    Nicat Abasov – Qazıbəy Noqerbəy 0,5:0,5
    Rauf Məmmədov – Əlişir Süleymanov 0,5:0,5
    Məhəmməd Muradlı – Ramazan Jalmaxanov 1:0

    Reytinqdə 6-cı olan qadınlardan ibarət millimiz isə 10-cu olan rəqibinə eyni hesabla uduzaraq Olimpiadada ilk məğlubiyyətini alıb.

    Günay Məmmədzadə – Bibisara Assaubayeva 0,5:0,5
    Ülviyə Fətəliyeva – Meruert Kamalidenova 0:1
    Gövhər Beydullayeva – Kseniya Balabayeva 0,5:0,5
    Gülnar Məmmədova – Alua Nurman 0:1

    Qeyd edək ki, kişi yığmamız bu qələbə ilə xalını 10-a yüksəldib və 8 pillə irəliləyərək 14-cü yerə qalxıb. Bu gün növbəti rəqib İtaliya olacaq. Qadın yığmamız isə bu məğlubiyyətlə 9 pillə geriləyib və 19-cudur. Qadın yığmamız da bu gün İtaliya ilə qarşılaşacaq.

    11:39

    Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında Qazaxıstanla üz-üzə gələcək.

    Prosport.Az xəbər verir ki, hər iki görüş VII turda baş tutacaq. 6 turdan sonra 10 xal toplayan qadınlardan ibarət komanda 10-cu yerdədir. Hindistan 12 xalla liderdir. Gürcüstan və Polşanın hərəyə 11 xalı var. Milli daha öncə Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina və Ukrayna ilə heç-heçə edib – 2:2.

    Kişilərdən ibarət seçmə isə 8 xalla 22-cidir. Komanda Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub. Burada da Hindistan 12 xalla liderdir. Çin və Vyetnamın hərəyə 11 xalı var.

    Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət yığmanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıb.

    Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarətdir.

    Stolüstü oyunlar

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20
    Stolüstü oyunlar

    Şahmat yığmalarımız İngiltərə və Çexiyaya qarşı

    19.09.2026 10:24:38
    Digər idman növləri

    Şahmat yığmalarımızdan itkisiz irəliləyir

    18.09.2026 19:34:34
    Stolüstü oyunlar

    Şahmat yığmalarımızın Olimpiadada növbəti sınağı

    18.09.2026 10:52:03
    Digər idman növləri

    Şahmat yığmalarımızdan Olimpiadada növbəti qələbə

    17.09.2026 21:16:53
    Digər idman növləri

    Yığmalarımız Danimarka və Filippinə qarşı

    17.09.2026 10:00:54
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11

    Mahir Emreli 80 dəqiqə oynadı, komandası uduzdu

    19.09.2026 23:40:14

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved