Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirinin 2-ci günündə medal qazana bilməyib.
Prosport.Az xəbər verir ki, bu gün mübarizəyə qoşulan millinin 3 üzvü fəxri kürsüdən kənarda qalıb.
İbrahim Əliyev (73 kq) 1-ci, Məhərrəm İmamverdiyev (81 kq) isə 2-ci görüşdə uduzub. 81 kq çəki dərəcəsindəki digər təmsilçimiz Ömər Rəcəbli ardıcıl 3 rəqibini üstələsə də, 1/4 finalda və təsəlliverici görüşdə məğlub olub.
Qeyd edək ki, Azərbaycanın yarışın ilk günündə mübarizə aparan 8 cüdosundan 2-si fəxri kürsüyə yüksəlib. Balabəy Ağayev (60 kq) ilə Ruslan Paşayev (66 kq) bürünc medal qazanıb. Millimiz sabah başa çatacaq “Böyük Dəbilqə” turnirinə 9 çəki dərəcəsində 11 kişi, 4 qadın cüdoçu ilə yollanıb.