Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatına bu gün yekun vurulacaq.
Prosport.Az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxacaq.
90 kq çəki dərəcəsində Murad Fətiyev və Elcan Hacıyev, 100 kq-da isə Zelim Kotsoyev mübarizə aparacaq.
Qeyd edək ki, yarışın ilk günü Balabəy Ağayev (60 kq) gümüş medala sahib çıxıb. Növbəti gün isə Hidayət Heydərov (73 kq) qızıl medal qazanmaqla dördqat Avropa çempionu tituluna yiyələnib.