Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (AHFF) təşkil etdiyi XXV Azərbaycan çempionatında 2023/2024 mövsümünə start verilib.
Prosport.Az xəbər verir ki, Həvəskarlar Liqasında 34 komanda iştirak edir. Bakı və Sumqayıt şəhərləri 20 komanda ilə təmsil olunur. Region təmsilçilərinin sayı 14-dür. Bunlar Goranboy, Naftalan, Beyləqan, Ağcabedi, Mingəçevir, Şirvan (2 komanda), Salyan, Masallı, Biləsuvar (2), İsmayıllı, Zaqatala və Balakən kollektivləridir.
Qrup oyunlarından sonra final mərhələsi keçiriləcək. Final oyunu iyulun 28-də təşkil olunacaq.
AHFF-nin 25 illiyinə həsr olunmuş kubok oyunlarına isə iyunun 8-də start veriləcək. Kubokun finalı avqustun 4-də olacaq.