Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bəzən yazırlar ki, Elmar deyinir" – Elmar Baxşıyev
    8.03.2025 21:56:47

    Azərbaycan Premyer Liqasının XXVI turunda  baş tutan “Araz-Naxçıvan” – “Qarabağ” (1:3) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.

    – Maraqlı oyuna şahid olduq. Dinamik oyun keçdi. Kubok oyunlarına görə 4 gündən bir oynayırdıq. Buna görə də sıxıntımız var idi. Futbolçularıma təşəkkür edirəm ki, həmin sıxıntını bizə oyunda göstərmədilər. Yaxşı komandaya məğlub olduq. Bunu unudub, növbəti matçlara hazırlaşacağıq.

    – Meydanda baş verən hadisədən belə çıxdı ki, yeganə günahkar Felipe Santosdur. Amma təkrara baxdıqda Elvin Cəfərquliyevin Santosu boğduğu və daha bir sıra məqamlar göründü. Hakimin qərarı haqda nə düşünürsünüz?
    – Mən həmişə gördüyümü deməyə çalışmışam və nəyi də görmüşəm, onu deyirəm. Heç kimdən də çəkinmirəm. Bəzən, sizin həmkarlar mənim dediklərimi başqa yerə yozurlar ki, Elmar deyinir. Bir az etikadan kənara çıxıram, amma həqiqəti olduğu kimi göstərmək lazımdır. Neçə oyundur, bu baş verir. Limitdə olan oyunçulara çox rahat şəkildə “sarı” verirlər. Bu, uzun mövzudur. Ümid edirəm ki, komanda olaraq belə çətinlikləri adlayacağıq. Mənə də təəccüblü gəldi ki, 20 nəfər komanda şəklində mübahisə edir. Amma bir nəfəri günahkar çıxartmaq acizlikdir. Yenə də fikirləşirlər ki, Santosu sındırmaqla bizə təsir edəcəklər, əfsuslar olsun.

    – Qara Qarayevin durumu nə yerdədir?
    – Mikro zədədir. Neçə oyun idi ki, 90 dəqiqə oynayırdı. Ehtiyat edib, onu əvəzlədik.

    – Sındırmaq deyirsiniz. Bəs bunun kökündə nə dayanır?
    – Bunun nədən qaynaqlanması mənə aid məsələ deyil. Amma görünən odur ki, verdikləri qərarlarla təsir edirlər. Sabah başqa cür yozacaqlar. Möhkəm olmalı və işimizə davam etməliyik. Məncə, komandam layiqli cavab verəcək.

    – Komandaya niyə təsir edirlər? Bəlkə bildiyiniz səbəblər var?
    – Mənim işim komandamı analiz etmək, onları məşqə hazırlamaqdır. Detallara girsəm, komandamı unudacağam. Sizləri oyun sonrası belə görmək mənim üçün xoşdur. Gedin, təkrara baxın, görün, İqor Ribeyro ilə Vanderson Meloya necə “sarı” veriblər. Vallah, özünüz hər şeyə optimal yanaşacaqsınız.

    – Sizcə, hədəf “Araz-Naxçıvan”dır, yoxsa Elmar Baxşıyev? Ola bilərmi ki, “Araz-Naxçıvan” ilk “4-lük”də hansısa komandanın yerini tutur?
    – Əgər məni seçiblərsə… Mən məşqçiyəm, məşqçiylə mübarizə aparmazlar. Yenə deyirəm, möhkəm olmaq lazımdır. Bu sıxıntılar gözlənən idi. Heyətdə də itkilər var. Düzgün analiz edib, qarşıdakı oyunlara hazırlaşacağıq.

    – Ötən mövsüm siz “Qəbələ”də olarkən də belə sıxıntılar var idi. Sizcə, hansı klubdakı təzyiq daha çox idi? 
    – Vallah, təzyiq altında işləməyə öyrəşmişəm. Mənim üçün yeni deyil. Amma məşqçinin əlinin altında 5-6 futbolçu olmayacaqsa, sıxıntı yaşayacağıq. Çempionat hələ bitməyib. İnanıram ki, komanda şəklində irəliləyəcəyik.

    Futbol

    Yuri Vernidub braziliyalı vingerin üstündən "xətt çəkdi"

    27.07.2026 23:42:38
    Futbol

    "Sabah"a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik" - Miika Nuutinen

    27.07.2026 22:40:28
    Futbol

    "Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır" - KuPS-un futbolçusu

    27.07.2026 22:19:41
    Futbol

    Premyer Liqamızın keçmiş bombardiri bölgə klubunda

    27.07.2026 21:17:46
    Futbol

    “İlk oyundakı qələbə bizi cüzi favorit edir” – Valdas Dambrauskas

    27.07.2026 20:46:59
    Futbol

    Azərbaycan I və I liqalarının püşkatma tarixləri açıqlandı

    27.07.2026 20:13:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yuri Vernidub braziliyalı vingerin üstündən "xətt çəkdi"

    27.07.2026 23:42:38

    İdmançımız Dünya Kubokunun qalibi oldu

    27.07.2026 23:15:37

    "Sabah"a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik" - Miika Nuutinen

    27.07.2026 22:40:28

    "Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır" - KuPS-un futbolçusu

    27.07.2026 22:19:41

    AGF 3 ölkənin federasiyası ilə memorandum imzaladı - FOTOLAR

    27.07.2026 21:49:25

    Premyer Liqamızın keçmiş bombardiri bölgə klubunda

    27.07.2026 21:17:46

    “İlk oyundakı qələbə bizi cüzi favorit edir” – Valdas Dambrauskas

    27.07.2026 20:46:59

    Azərbaycan I və I liqalarının püşkatma tarixləri açıqlandı

    27.07.2026 20:13:39

    "İmişli" Anqola millisinin sabiq üzvünü transfer etdi

    27.07.2026 19:57:53

    "Turan Tovuz" növbəti yoxlama oyununda heç-heçə etdi

    27.07.2026 19:24:30

    “Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı

    27.07.2026 18:48:03

    Azərbaycan klubunda yaponiyalı legioner

    27.07.2026 18:28:20

    "Qarabağ"dan azarkeşlərinə şad xəbər

    27.07.2026 18:09:59

    Bakıda dünya çempionatının açılışı oldu

    27.07.2026 17:40:41

    "Fiorentina" "Qarabağ"ın legionerinə elçi düşdü

    27.07.2026 17:18:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved