Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən "Turan Tovuz" növbəti yoxlama oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi komanda Türkiyə I Liqa təmsilçisi "Fatih Karagümrük" ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Tovuz təmsilçisinin yeganə qolunu İbrahima Vadji vurub.
Qeyd edək ki, "Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama görüşündə İranın 21 yaşadək futbolçulardan ibarət millisi ilə də 1:1 hesablı heç-heçə etmişdi.

