Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Bakıda dünya çempionatının açılışı oldu
    27.07.2026 17:40:41

    Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatının açılış mərasimi keçirilib.

    Prosport.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç iştirak ediblər.

    Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

    Açılış mərasimində çıxış edən Mikayıl Cabbarov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu idman siyasəti nəticəsində Azərbaycanın dünyanın ən nüfuzlu beynəlxalq yarışlarına ev sahibliyi edən ölkələrdən birinə çevrildiyini vurğulayıb. O, dövlət dəstəyi sayəsində ölkədə müasir idman infrastrukturunun formalaşdırıldığını və güləş də daxil olmaqla müxtəlif idman növlərinin inkişafı üçün geniş imkanlar yaradıldığını qeyd edib.

    Mikayıl Cabbarov, həmçinin U-17 dünya çempionatının Bakıda keçirilməsinə göstərilən dəstəyə görə Gənclər və İdman Nazirliyinə, nazir Fərid Qayıbova və yarışın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

    Daha sonra söz Fərid Qayıbova verilib. Nazir U-17 dünya çempionatını idman bayramı adlandıraraq, Bakının beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini və dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrildiyini vurğulayıb. O, Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində ölkədə bu sahənin sürətlə inkişaf etdiyini qeyd edib, Azərbaycan təmsilçilərinin beynəlxalq turnirlərdə qazandıqları uğurların bunun bariz nümunəsi olduğunu bildirib.

    Ardınca çıxış edən Çingiz Hüseynzadə Bakıda U-17 dünya çempionatının keçirilməsini mühüm idman hadisəsi kimi dəyərləndirib. O, belə mötəbər yarışların gənc güləşçilərin beynəlxalq arenada təcrübə qazanması və gələcək çempionların yetişməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, iştirakçılara uğurlar arzulayıb.

    Sonda çıxış edən Nenad Laloviç gənc güləşçilərə uğurlar arzulayaraq, onların gələcəkdə Yay Olimpiya Oyunlarında da ölkələrini layiqincə təmsil edəcəklərinə inandığını bildirib. O, U-17 dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. Nenad Laloviç, həmçinin Dünya Güləş Birliyi adından Milli Olimpiya Komitəsinə və Prezident İlham Əliyevə göstərilən dəstəyə görə minnətdarlığını çatdırıb.

    Açılış mərasimi bədii proqramla davam edib.

    Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən U-17 dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qüvvəsini sınayır. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Güləş

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved