Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən "İmişli" növbəti transferini reallaşdırıb.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi Anqoladan olan Domingos Sengui Hermenegildo (Picas) ilə müqavilə imzalayıb. 25 yaşlı futbolçu ilə 2+1 illik sözləşmə bağlanıb.
Sağ cinah vingeri mövqeyində çıxış edən Picas karyerası ərzində Anqolanın "Petro Luanda", Portuqaliyanın isə "Şaveş", "Torreenşe", "Feyrenşe" və "Fafi" klublarında forma geyinib.
Qeyd edək ki, "İmişli" yay transfer dövründə heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.

