Azərbaycan I və II liqalarında 2026/2027-ci illər mövsümünün püşkatma mərasimlərinin vaxtı müəyyənləşib.
Prosport.Az xəbər verir ki, hər iki tədbir PFL-in inzibati binasında keçiriləcək.
I Liqa üzrə püşkatma mərasimi 4 avqust tarixində, saat 15:00-da başlayacaq.
I Liqa üzrə püşkatma isə 5 avqust tarixində, saat 15:00-da təşkil olunacaq.
Püşkatma mərasimlərində komandaların yeni mövsümdəki oyun təqvimi müəyyənləşdiriləcək.

