"Qarabağ"ın 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası İtaliyanın Neapol şəhərində keçirilən "Blue Devils Cup" beynəlxalq turnirində 2-ci məğlubiyyətlə üzləşib.
Prosport.Az-ın xəbərinə görə, Asif Əlizadənin yetirmələri C qrupunda İtaliyanın “Benevento” komandasına 1:3 uduzub.
"Qarabağ"dan yeganə qolu Riad Qaradağlı vurub. İtalyanlardan isə Di Benedetto, Viskovo və Karandente fərqlənib. Bununla da "Qarabağ" qrupda qalıb.
Qeyd edək ki, "Qarabağ" sabah qrupda 3-cü oyununu İtaliyanın "Sanseverineze" komandasına qarşı keçirəcək. Bu matç Bakı vaxtı ilə saat 14:15-də start götürəcək.
14:44
"Qarabağ"ın 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası İtaliyanın Neapol şəhərində keçirilən "Blue Devils Cup" beynəlxalq turnirinə məğlubiyyətlə başlayıb.
Prosport.Az-ın xəbərinə görə, Asif Əlizadənin yetirmələri C qrupunda İtaliyanın “Tor Tre Teste” komandasına 0:1 uduzub.
Rəqibdən yeganə qolu Mirozi vurub.
Qeyd edək ki, "Qarabağ" bu gün qrupda 2-ci oyununu "Benevento"ya qarşı keçirəcək. Bu matç Bakı vaxtı ilə saat 18:45-də start götürəcək.
