Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Penaltini Emin Mahmudov vurmalı idi" – Fernandu Santuş
    5.09.2024 23:09:48

    Azərbaycan milli komandası UEFA Millətlər Liqasının ilk turunda doğma meydanda İsveçə 1:3 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, yığmamızın portuqaliyalı baş məşqçisi Fernandu Santuş matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Oyuna hücumlarla başladıq, şanslarımız oldu. Təəssüf ki, həmin epizodlar qolla nəticələnmədi. Sonradan isə müdafiədən oynadıq. İsveç kifayət qədər güclü komandadır. Uşaqlar müdafiədə yaxşı oynamağa çalışdı. Ancaq İsveç bizi sıxırdı. Müdafiədə oynamağımıza baxmayaraq, hücum etmək üçün şans axtarırdıq. İlk hissənin sonunda bir neçə şansımız oldu ki, qol vuraq. Təəssüf ki, hücumumuz qolla nəticələnmədi. Eyni zamanda penaltini də əldən verdik. 2-ci hissədə yaxşı oynadıq. Qol şanslarımız var idi. Hücumları uğurlu sonlandıra bilmədik. Uşaqlar verdiyim tapşırıqları maksimum düzgün yerinə yetirməyə çalışdı. Bəzi səhvlərimiz oldu, rəqib də yararlanaraq qollar vurdu. Həvəsdən düşməmişik, görəcəyimiz işlər qarşıdadır. Kifayət qədər yaxşı nəticələr verə bilərik.

    – Penalti zərbəsini vurmaq Ramil Şeydayevin qərarı idi?
    – Mən oyundan qabaq da, penalti olanda da, Emin Mahmudov deyirdim.

    – Görmək istədiyinizin neçə faizini gördünüz?
    – Hücum oyunumuzdan 100% razıyam. Futbolçular tapşırıqlarımı yerinə yetirdi. Daim qol vurmağa cəhd edirdilər. Müdafiə planından isə 50% razıyam. Əslində, pis deyildik. Sadəcə müdafiənin təşkilində problem var idi və tez-tez top itirirdik. Azərbaycan millisi 4 səhvə yol verdi, İsveç isə 20 səhvə. 

    – Heyəti açıqlayanda demişdiniz ki, Azərbaycan millisi ölkənin bayrağı, himni üçün mübarizə aparmalıdır. Amma bir komanda ki himni oxumursa, o komanda necə Azərbaycan üçün mübarizə apara bilər?
    – Mən sizinlə müəyyən mənada razılaşmıram. Hamı qələbə qazanmaq istəyirdi. Oyunçular əllərindən gələni etdi.

    – Qapıçı seçimində həlledici amil nə oldu? Onun çıxışından razı qaldınız?
    – Ondan razıyam. Bir çox epizodlarda bizi qol buraxmaqdan qurtardı. Amma bu, komanda oyunudur.

    – Emin Mahmudovu əvəzləyəndə nəyi dəyişmək istəyirdiniz?
    – Oyunun gedişatına uyğun dəyişiklik etdim.

    – Penalti epizodunda Emin Mahmudovdan topu aldığı üçün Ramil Şeydayevi, yoxsa Eminin özünü cəzalandıracaqsınız?
    – Komandadaxili məsələdir. Sabah bununla bağlı müzakirə aparacağıq.

    Futbol

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09
    Futbol

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13
    Futbol

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24
    Futbol

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18
    Futbol

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48
    Futbol

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19

    Azərbaycanda hakimlərin xidmət haqqı normaları müəyyənləşdi

    25.11.2026 19:49:46

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47

    Samuxda ilk cüdo zalı fəaliyyətə başladı

    25.11.2026 18:46:53

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved