Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bakıda kifayət qədər qol epizodu ilə qələbə qazanmaq çox çətindir" – Tomason
    5.09.2024 22:57:47

    İsveç milli komandası UEFA Millətlər Liqasının ilk turunda Bakıda Azərbaycan yığmasını 3:1 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, qonaqların danimarkalı baş məşqçisi Yon Dal Tomason matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Nəticədən razıyam. Kifayət qədər şanslarımız oldu. Bunu müdafiədə yaxşı oynayan komandaya qarşı etdik. Açıq oyun təklif etdik. Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan. İlk hissədə önə doğru vertikal ötürmələr verirdik, amma arxası gəlmirdi. Fasilədə bununla bağlı danışdıq. Hərəkət etmək lazım idi. Topu itirdikdən sonra komandamız yerini tuta bilmirdi, geri çəkilirdik, rəqibə fürsətlər verirdik. Qapıçının çıxışından çox razıyam, penaltini qaytardı. Qələbə ilə başladıq. Önəmli olan budur.

    – Müdafiə xəttinin çıxışından razı qaldınız? Azərbaycan millisi qapınız qarşısında xeyli epizod yaratdı...
    – Topu itirəndə yaxşı reaksiya verməliyik. Bunu edə bilmədik. Öndə təzyiq etmək lazım idi. Oyunun müəyyən epizodlarında komanda passiv çıxış etdi. Hücumda mükəmməl deyildik, yaxşı idik, 11 epizodumuz var idi. Bəzi son mərhələyə gəlib çıxmayan epizodlar da oldu.

    – Millinin qolkiperi  növbəti oyunlarda da start heyətində yer alacaq?
    – Bəli.

    – Fernandu Santuşun komandasında nəyi bəyəndiniz?
    – Bakıda belə nəticə əldə etmək, kifayət qədər qol epizodu ilə qələbə qazanmaq çox çətindir. 

    – İstifadə edilməyən penalti matçın qırılma nöqtəsi oldu?
    – Əla qurtarış idi. Dönüş nöqtəsi idi? Deməzdim. İnanıram ki, penaltidən qol buraxsaydıq da, qollar vuracaqdıq. Çünki kifayət qədər qol epizodları yaradırdıq.

    – Millinin müdafiəçisi Aleks Duqlas səhvlər etdi. Bu səhvlərin səbəbi sistemlə bağlıdır, yoxsa oyunçuların fərdi keyfiyyəti ilə?
    – Duqlas yaxşı çıxış etdi. Müdafiə prinsipləri futbolun istənilən nöqtəsində eynidir. Epizoda gecikməməlisən və cərimə meydançasında sənə yaxın olan oyunçuya yaxın olmalısan.

    – İsveç millisi son olaraq Bakıda 0:3 uduzmuşdu. Yəqin ki, həmin oyuna baxmışdınız. Həminki və indiki millinin müqayisə etsəydiniz, nələri qeyd edərdiniz?
    – Az-çox eyni oyunçular əsas heyətdə yer alırdı. Qapıçınız fərqli idi. Bu futbolçular birlikdə oynayır. Bu komandaya qarşı rəqib meydanında oynamaq çox çətindir. Ona görə də deyirəm ki, performansımızdan razı qaldım. Özü də nə qədər qol epizodları yaratdıq.

    Futbol

    Zlomisliç oynadı, Puxaç izlədi

    26.09.2026 17:09:49
    Futbol

    "Millidə qələbədən vacib heç nə yoxdur" - Mahir Emreli

    26.09.2026 16:55:06
    Futbol

    “Məqsədim A milli komandada oynamaqdır” - Lorentso Mezzotero

    26.09.2026 16:12:47
    Futbol

    "Zirə" də Çempionlar Liqası ilə vidalaşdı

    26.09.2026 15:41:41
    Futbol

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31
    Futbol

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Zlomisliç oynadı, Puxaç izlədi

    26.09.2026 17:09:49

    "Millidə qələbədən vacib heç nə yoxdur" - Mahir Emreli

    26.09.2026 16:55:06

    İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər

    26.09.2026 16:32:49

    “Məqsədim A milli komandada oynamaqdır” - Lorentso Mezzotero

    26.09.2026 16:12:47

    "Zirə" də Çempionlar Liqası ilə vidalaşdı

    26.09.2026 15:41:41

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42

    "Onun üzünü darmadağın etmək istəyirəm" - Məhəmmədəli Osmanlı

    26.09.2026 14:12:43

    "Formula 2" Azərbaycan Qran-Prisinin qalibi bilindi

    26.09.2026 13:40:01

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved