"Qarabağ"ı seçməyimdə 1 nömrəli amil baş məşqçidir".
Prosport.Az xəbər verir ki, bunu ukraynalı futbolçu Aleksey Kaşşuk deyib.
Yarımmüdafiəçi "köhlən atlar"a keçidi barədə açıqlama verib: "Qurban Qurbanov uzun müddətdir ki, burada işləyir. Komandanı Çempionlar Liqasının qrup mərhələsinə, Avropa Liqasında isə pley-offa çıxarıb. O, oyunçuları necə inkişaf etdirməyi bilir. 2-ci amil müqavilənin təfərrüatlarıdır. Söhbət təkcə şəxsi şərtlərdən getmir. Sözləşmədəki bənd də önəmlidir. Elə yazılıb ki, Avropa klubları gələcəkdə "Qarabağ"a adekvat qiymətə təklif verə biləcək. 3-cü amil isə mən artıq bu çempionatda və ölkədə oynamışam, uyğunlaşmışam".
Qeyd edək ki, "Qarabağ" Aleksey Kaşşukla 3 illik müqavilə imzalayıb.

