“Kəpəz”in yeni baş məşqçisi Azər Bağırovun texniki heyətində yer alacaq məşqçilər arasında Zaur Əsədov da olacaq.
Prosport.Az xəbər verir ki, mütəxəssisə Rakif Əliyev (analitik məşqçi), Araz Bağırov, Zaur Əsədov və Vüqar Məmmədov (qapıçı məşqçi) kömək edəcək.
Qeyd edək ki, “Kəpəz” Adil Şükürovun istefasından sonra Azər Bağırovla 2 illik müqavilə imzalayıb.

