Bu gün "Neftçi"nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.
Prosport.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv turnirin I mərhələsində Avstriyanın “Zankt Pölten” klubu ilə üz-üzə gələcək.
Gürcüstanın Sxaltubo şəhərində təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, II qrupda “Vlajniya” ( Albaniya) və “Lançxuti” (Gürcüstan) komandaları də yer alıb. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılaşacaq.

