Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Avtobus sürücüsü də Premyer Liqaya çıxacağımıza inanır" – Asif Məmmədov
    3.09.2024 13:37:28

    "Qəbələ"nin kapitanı Asif Məmmədov klubun rəsmi saytına müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Komandanın hazırlıq prosesi necə gedir?
    – Hazırlıq istədiyimiz səviyyədədir. Əvvəldən necə fikirləşmişdiksə, o cür də davam edirik. Şükür ki, indiyə qədər zədəli oyunçumuz da yalnız 1 nəfər olub. Bu günə qədər problemsiz addımlamışıq. Ümid edirəm ki, bundan sonra da hər şey istədiyimiz kimi olar və hazırlıq prosesini başa çatdırıb çempionata maksimum güclə start verərik.

    – Yoxlama görüşlərində komandanın göstərdiyi oyun necədir? Sizcə, məşqçilər heyəti oyununuzdan razı qalır?
    – Yoxlama oyunlarının 1-də heç-heçə etsək də, digərlərinin hamısında qələbə qazanmışıq. Amma təbii ki, çatışmayan bəzi nüanslar var ki, onları da məşqçilərimiz sayəsində aradan qaldıracağıq. Lakin ilkin baxışdan hər şey qənaətbəxşdir.

    – Komanda daxilində ab-hava necədir?
    – Komandamızda daxili ab-hava da çox yaxşıdır. Yenə deyirəm, hər şey istədiyimiz kimi keçir. 1 yoxlama oyunumuz qalıb. Ondan sonra isə artıq çempionat oyunları başlayacaq. 1 ay müddətində məşqlərimizdə fiziki və texniki tərəflər üzərində çox işlədik.

    – Yəqin ki, futbolçular, həmçinin də inzibati heyət olaraq əsas məqsəd yenidən Premyer Liqaya yüksəlməkdir...
    – Nəinki futbolçular, məşqçilər heyəti, inzibati heyət, hətta avtobus sürücüsündən tutmuş qaldığımız hotelin işçilərinə kimi hamı buna inanır, bu məqsədə köklənib. Çünki bizim başqa çıxış yolumuz da yoxdur. “Qəbələ” harada lazımdır, hara layiqdirsə, orada olmalıdır.

    – Necə düşünürsünüz, komanda hazırda bu potensialda, rəqabətə hazır durumdadırmı?
    – Bəli. Rəhbərlik tərəfindən də nə lazımdırsa təşkil olunub. Kaxaber Sxadadze kimi baş məşqçinin burda saxlanılmasından elə hər şey bəlli idi ki, komanda yalnız çempionluq uğrunda vuruşacaq.

    – Heyətdə sizin kimi təcrübəlilərlə yanaşı, gənc, akademiya yetirməsi olan futbolçular və legionerlər də var. Münasibətdə anlaşma, psixoloji durum necədir?
    – Qeyd etdiyiniz kimi, təcrübəli futbolçular olaraq hər birimiz əlimizdən gələni edirik ki, yeni gələn legionerlər, gənc oyunçular komandaya tez adaptasiya olsun, legionerlər sıxılmasınlar. Baş məşqçimiz də elə biridir ki, onun rəhbərliyi altında başqa cür ola da bilməz. O da əlindən gələn hər şeyi edir. Təcrübəli futbolçular olsa da, meydanda hər birimiz eyni pillədə olmuş oluruq. Ona görə bu hər birimiz baş məşqçinin verdiyi tapşırıqlara sözsüz əməl etməliyik. Məncə, hər kəs də buna hazırdır. 

    – Yəqin ki, gənc futbolçular da təcrübələrinizdən yararlanır...
    – Bəli, istər meydanda, istərsə də, meydandan kənarda əlimizdən gələn dəstəyi veririk ki, özlərini peşəkar futbolçu kimi hiss etsinlər, bu cür davransınlar.

    Müsahibə

    "Ailəmdə baş verən hadisələr mənə çox böyük təsir etdi" – Mahir Emreli

    27.05.2026 23:20:01
    Futbol

    "Başa düşürdüm ki, getsəm, hər şey yarımçıq qalacaq" - Qurban Berdiyev

    26.05.2026 22:58:42
    Karate

    "Mədinəyə demişdim ki, öz çəkində məğlub edə bilməyəcəyin rəqib yoxdur" – Şahin Atamov

    25.05.2026 12:40:40
    Müsahibə

    "Demək istəyirəm ki, ata, qızın sənin yolunla gedir" – Mədinə Sadıqova

    24.05.2026 00:02:11
    Müsahibə

    "Baş məşqçi dominant futbol oynamağı tələb edir" - Gəncə klubunun futbolçusu

    22.05.2026 15:50:42
    Müsahibə

    "Dünya çempionatına hazırlıqlar çox yaxşı gedir" – "Kəpəz"in futbolçusu

    22.05.2026 15:07:09
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Emin Mahmudov daha 2 il "Neftçi"də - Maaşı 50 faiz azaldıldı

    6.06.2026 11:42:33

    Əliyar Ağayevin idarə etdiyi oyunda 5 qol

    6.06.2026 11:14:23

    Millimizin rəqibi Banqladeşə uduzdu

    6.06.2026 10:43:52

    Marko Yankoviç oynadı, komandası heç-heçə etdi

    6.06.2026 10:01:57

    "Yoldaşlıq görüşlərində risk edəcəyimizi demişdim" - Ayxan Abbasov

    6.06.2026 09:00:17

    Sadıq Sadıqovun ölümünün səbəbi "TikTok"da yayılan videolar imiş

    6.06.2026 00:43:16

    Millimiz Malta ilə bacarmadı

    5.06.2026 23:55:46

    "İşimiz asan olmayacaq" - Zaur Həşimov

    5.06.2026 23:12:44

    Basketbol millimiz Dünya Kubokunun 1/4 finalında

    5.06.2026 22:45:03

    Millimizdə ciddi itki: 8-ci dəqiqədə zədələndi

    5.06.2026 22:19:00

    Sadıq Sadıqov vəfat etdi – SON DƏQİQƏ

    5.06.2026 21:57:21

    Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi – FOTOLAR

    5.06.2026 21:11:36

    Azərbaycan - Malta: HEYƏTLƏR

    5.06.2026 21:03:37

    "Neftçi" və "Zirə"nin Konfrans Liqasındakı potensial rəqibləri bəlli oldu

    5.06.2026 20:51:22

    “Yeni transferlərimiz olacaq” - Zaur Həşimov

    5.06.2026 20:36:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved