“Neftçi”nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Avstriyanın “Zankt Pölten” klubu ilə matçın hazırlığını davam etdirir.
Prosport.Az xəbər verir ki, baş məşqçisi Siyasət Əsgərov olan “ağ-qaralar” heyətini 10 futbolçu ilə gücləndirib.
Qapıçı: Aytac Şərifova (sonuncu klubu “Trabzonspor”, Türkiyə);
Müdafiəçilər: Alina Nəhmədova (“Sumqayıt”), Fidan Cəfərova (“Baku Juniors”), Sevgi Sevin Ərgən (“Trabzonspor”, Türkiyə), Güzidə Alçu (“Amedspor”, Türkiyə);
Yarımmüdafiəçilər: Eda Nur Özbay (“Bornova Hitab Spor”, Türkiyə), Məryəm Küçükbirinci (“Trabzonspor”, Türkiyə), Şəhriban Dülək (“Amedspor”, Türkiyə), Vüsalə Seyfəddinova (“Olimpiada İmittu”, Yunanıstan);
Hücumçu: Xanım Əsədova (“Sabah”).
Qeyd edək ki, sabah Gürcüstanın Sxaltubo şəhərində təşkil olunacaq oyun saat 18:00-da başlanacaq.

