"Kəpəz"in yeni baş məşqçisi Azər Bağırovun köməkçiləri müəyyənləşib.
Prosport.Az-ın xəbərinə görə, Azər Bağırov qardaşı, "Araz-Naxçıvan"da da köməkçisi olmuş Araz Bağırovu yenidən məşqçilər korpusuna gətirib.
Həmçinin, analitik məşqçi kimi "Qəbələ"dən ayrılmış Rakif Əliyev məşqçilər korpusunda yer alacaq. "Qəbələ"nin daha bir sabiq məşqçisi Vüqar Məmmədov isə "Kəpəz"də qapıçılar üzrə məşqçi işləyəcək.
Qeyd edək ki, Azər Bağırovla 2 illik müqavilə imzalanıb.

