Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Rəhbərliyə söz vermişəm" - Ayxan Abbasov
    31.08.2024 20:44:46

    "Şamaxı" Azərbaycan Premyer Liqasının V turunda doğma meydanda "Neftçi" ilə 0:0 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Evdə ilk oyunumuz idi. Nəhayət ki, Şamaxıda oynaya bildik. Rəqib “Neftçi” idi, istəmirdik ki, bu gün uduzaq. Gözlədiyimdən də dinamik oyun keçdi. Biz və rəqib oyununu tempini yüksək tutdu. Bilirdik ki, hər iki komanda qalib gəlmək istəyir, “Neftçi” yuxarı pillədən qopmamaq üçün bu oyuna qələbə üçün çıxacaq. Oyun baxımından komandadan çox razı qaldım. Düzdür, sonlarda yorulduq. Amma bu gün qələbəyə layiq idik. Son nöqtəni qoymaqda dəqiqlik çatmadı. Buna da vaxt lazımdır. Real baxsaq, bir ayda buna nail olmuşuqsa, oynadığımız komandaların hamısı ilk turlardan iddialı idi. Şükürlər olsun ki, istədiyimiz xalı yığmışıq. Amma sona qədər mübarizə gedəcək, özü də gərgin. Millinin oyunları ilə bağlı fasilədən səmərəli istifadə etmək istəyirik ki, futbolçular performanslarını daha da yaxşılaşdırsınlar. “Neftçi”yə də uğurlar arzu edirəm”.

    - Son dəqiqələrdə hakimlə mübahisəniz yaranmışdı, əvəzetməyə imkan vermirdi. Problem nədə idi?

    - Əvəzləmə yox, ikinci məşqçinin ayaq üstə dayanmasına etiraz etdi və sarı vərəqə verdi. Qaydalar çox şey deyir, bilirik. Amma futbol emosional oyundur. Hər kəs bütün liqaları izləyir, avrokuboklarda xarici hakimləri görürük. Yəqin ki, tələb edirlər. Xəbərdalıq vermələri normaldır. Amma xətti tapdaladın, xətti keçdin...Nə bilim. İtaliya A seriyasına baxırsan, məşqçilər meydançanın içərisindədir. Bizdə də olur, bəzi məşqçilər meydana girir, ona güzəştə gedirlər. Dördüncü hakimlə məsələ bu idi, başqa heç nə.

    - “Şamaxı”nın Premyer Liqada məqsədi nə ola bilər?

    - Mövsümdən əvvəl futbol mediası, mütəxəssislər müzakirələr aparırlar, çempionluqda “Qarabağ”a rəqib olmadığını deyirlər. “Zirə”, “Sabah”, “Neftçi” böyük klub olduğuna və həmişə yüksək yerlər üçün oynadığına görə, deyirik ki, “Qarabağ”a rəqib ola bilər. Amma digər komandalar var ki, büdcəsi imkan verir ki, avrokuboklara cəhd etsinlər. Onlar da böyük transferlər ediblər. Yaxşı başlayanlar da var. Bizim kimi komandaların məqsədi mübarizə aparmaqdır. Klub olaraq böyümək üçün Premyer Liqada qalmalısan. Qalmırsansa, bütün planların alt-üst olacaq. Öncə yüksək liqada qalmaq istəyirik, sonra vəziyyətə baxacağıq. Ötən mövsüm liqadan əvvəl statistika alt-üst oldu, “Qəbələ” Premyer Liqadan düşdü. Hər şey büdcə, hər şey böyük klub olmaqla deyil. Çempionatımız sürprizləri sevir. Sona qədər vuruşacağıq. Məqsədimiz vuruşmaqdır.

    - “Sabah”, “Zirə” və “Neftçi”dən xallar almağı bacardınız. “Turan Tovuz”da olanda da bunu edə bilmişdiniz. Sizinlə bağlı məsələdir, yoxsa futbolçular iddialı rəqiblərə qarşı xüsusi hazırlaşır?

    - Necə deyim, düz çıxsın? Bizdə yerli məşqçilərin işinə o qədər də qiymət vermirlər. Yəqin ki, burada xarici mütəxəssis olsaydı, başqa cür deyilərdi. Bu gün burada gördüyümüz iş asan deyil. Kənardan kimsə qəbul etmir. Amma bu gün tək özümə aid etmirəm, Premyer Liqada yerli məşqçilər iş görür, əziyyət çəkir. Lazım olan dəstək yoxdur. Klublarımızda idarəçilikdə böyük problemlər var. Bizdə məşqçi, futbolçu var, idarəçilər azdır. Ona görə görülən işi bir gündə unuduruq. Premyer Liqadan düşə də bilərik. Rəhbərliyə söz vermişəm. Birinci liqadan gələn komandaya tez bir zamanda legioner gətirmək, heyət qurmaq kənardan asan görünə bilər. Amma belə deyil. Tək mən yox, məşqçilər, mənə inanan rəhbərliyin əməyi var. Məşqçi rəhbərlikdən asılıdır. Rəhbərlik inansa, məşqçi işləyəcək. İnanmasa, orada nəticə olmayacaq.

    - Roman Qriqorçukla duellərinizi xatırlayırsınız?

    - Əlbəttə. Premyer Liqada debüt ilimdə “Qəbələ” çempionluğa oynayırdı. Ən vacib xalları Zirədə itirdilər və çempionluqdan oldular.

    - Yeddinci dueliniz oldu. Beş matç heç-heçə olub, birində siz qalib gəlmisiniz, birində isə Qriqorçuk udub..

    - Bunu bilmirdim (gülür).

    Futbol

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09
    Futbol

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13
    Futbol

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24
    Futbol

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18
    Futbol

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48
    Futbol

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19

    Azərbaycanda hakimlərin xidmət haqqı normaları müəyyənləşdi

    25.11.2026 19:49:46

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47

    Samuxda ilk cüdo zalı fəaliyyətə başladı

    25.11.2026 18:46:53

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved