Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Düzgün yoldayıq" - Roman Qriqorçuk
    31.08.2024 20:23:07

    "Neftçi" Azərbaycan Premyer Liqasının V turunda səfərdə "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Nəticə bəllidir. Oyundan necə, razı qaldınız?

    - Təsdiqləyirəm ki, nəticədən narazı qaldım. Amma bizim yaxşı olmaq potensialımız var. Oyunçularımızın çoxu komandaya tam inteqrasiya olmayıblar. Bu cəhətdən axsamalarımız var.

    - Əvvəlki 4 oyunla müqayisədə bu gün müsbətə doğru hansı elementləri sezdiniz və bu matç azarkeşlərə ümid verə bilər?

    - Birmənalı deyərəm ki, bugünkü və əvvəlki oyunları nəzərə alsaq, fərq böyükdür. Çünki bu gün qol epizodları yaratdıq. Onları vurmalıydıq. Ancaq onları bacarmadıq.

    - Beş oyuna cəmi 2 qol vurmusunuz. Bu haqda nə deyəcəksiniz? 

    - Bu gün çoxlu qollar vura bilərdik. Çünki cəmi bir qol epizodu yaratmamışdıq. Amma yaradılan şanslardan yararlana bilmədik. Çətinliyimiz bunda idi.

    - Milli komandanın oyunlarına görə fasilə yaranacaq. Bu barədə fikriniz necədir?

    - Bizim üçün bu fasilə çox vacibdir. Komandamızın daha da yaxşı komplektləşməsi vacibdir. Obyektiv səbəblərə görə tam olaraq işləyə bilmədiyimiz faktorların üzərində fasilədə çalışacağıq. İstəyirik ki, komandamız daha kəskin hücumlar etsin. Bu gün bir neçə epizodda bunu görə bildik. Amma daha yaxşısını görmək istəyirik.

    - Avropada adətən görmüşük ki, növbəti mövsümün hazırlığı, heyətin komplektləşməsi daha erkən baş verir. “Neftçi”də isə mövsüm başlayıb, yeni transferlər indi gəlir, adaptasiya gedir. Bunları yayda yekunlaşdırıb, toplanışa tam heyətlə getməyinizə nə mane oldu?

    - İndiki heyətlə yay toplanışına öncədən başlasaydıq, 300 faiz daha yaxşı oynayardıq. Amma bəzi səbəbləri bilirik, bəzilərini bilmirik. O səbəblərə görə belə başlamalı olduq. Şükürlər olsun ki, düzgün yoldayıq. Ümid edirəm ki, qarşıdakı günlərdə zədəlilərimiz də bizimlə birlikdə olacaq və komandanı istədiyimiz kimi komplektləşdirəcəyik. Unutmaq olmaz ki, 3-4 aparıcı oyunçumuz zədəlidir.

    Futbol

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13
    Futbol

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    Futbol

    "Millidə qələbədən vacib heç nə yoxdur" – Mahir Emreli

    26.09.2026 16:55:06
    Futbol

    “Məqsədim A milli komandada oynamaqdır” - Lorentso Mezzotero

    26.09.2026 16:12:47
    Futbol

    "Zirə" də Çempionlar Liqası ilə vidalaşdı

    26.09.2026 15:41:41
    Futbol

    SOCAR İtaliyanın futbol millisinin sponsoru oldu

    26.09.2026 15:15:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31

    "Millidə qələbədən vacib heç nə yoxdur" – Mahir Emreli

    26.09.2026 16:55:06

    İlham Əliyev və ailə üzvləri "Formula 1"i izləyir

    26.09.2026 16:32:49

    “Məqsədim A milli komandada oynamaqdır” - Lorentso Mezzotero

    26.09.2026 16:12:47

    "Zirə" də Çempionlar Liqası ilə vidalaşdı

    26.09.2026 15:41:41

    SOCAR İtaliyanın futbol millisinin sponsoru oldu

    26.09.2026 15:15:31

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42

    "Onun üzünü darmadağın etmək istəyirəm" - Məhəmmədəli Osmanlı

    26.09.2026 14:12:43

    "Formula 2" Azərbaycan Qran-prisinin qalibi bilindi

    26.09.2026 13:40:01

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved