Polşa mətbuatı Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun “Radomyak”dakı çıxışından yazıb.
Prosport.Az xəbər verir ki, azərbaycanlı futbolçunun son turda "Vidzev"lə görüşdə penaltiyə səbəb olması tənqid edilib:
"Rahil Məmmədov, əlbəttə ki, Polşa meydanlarında gördüyümüz ən yaxşı müdafiəçilərdən deyil. 28 yaşlı müdafiəçi LKS-də xüsusi fərqlənmədi. Keçmiş klubu aşağı liqaya düşsə də, “Radomyak”la müqavilə imzalayaraq Ekstraklasada qaldı. "Vidzev"lə son matçda (2:3) isə axmaq penaltiyə səbəb oldu. Bu epizodda nəyi səhvi etdi? Hər şeyi. Rəqibini pis bağlamışdı. Sonra rəqibin onu aldatmasına icazə verdi, ardınca onun formasından çəkdi. Belə müdafiə oyunu ilə “Radomyak” üçün uğurlu mövsüm proqnozlaşdırmırıq”.

