Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qələbəyə inamımız böyükdür" - Qurban Qurbanov
    27.08.2024 17:39:23

    "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunu qəbul edəcək.

    Prosport.Az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Oyunun mahiyyəti bəllidir. Çox vacib matça çıxacağıq. Hesabda geridə olsaq da, Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək böyük şansdır. Komanda pis hazırlaşmayıb. Hər şey qaydasındadır. Üç top fərqi ilə geridə olsaq da, inamımız böyükdür. Hazırlığımız yaxşı keçdi. Qalibiyyət üçün hər şeyi etməyə çalışacağıq. İstərdik ki, azarkeşlərimiz oyunumuzdan razı qalsın. Sanki final matçına hazırlaşmışıq. Rəqibimizi tanıyırıq, bilirik ki, ambissiyalı komandadır. Onların üstünlüyü bizdən çox görünə bilər. Amma hər bir halda komandama inanıram, güvənirəm. Sabah yaxşı nəticə üçn hər bir futbolçu karyerasının ən yaxşı oyununu oynamalıdır. Bunu da onlardan gözləyirəm.

    - Sabah Bakıda da uduzsanız, bunu faciə hesab etməyəcəksiniz?

    - Əlbəttə ki, yox. Hər məğlubiyyəti faciə kimi düşünəcəyiksə, bu sahədə işləməyə dəyməz. Çünki idmanda qələbə, məğlubiyyət, bərabərlik olur. Bunlara hazır olmalıyıq. Biz ümumi işimizə dəyər verməliyik. Bir şeyə əmin olmuşam ki, biz hər oyuna çox məsuliyyətlə yanaşmışıq. Nəsə alınmayıbsa, bunun səbəbi məsuliyyətsizlik olmayıb. Sadəcə, burada rəqibin üstünlüyü və ya hansısa digər detallar rol oynayıb. Hər bir halda, məğlub oluruqsa, nəticə çıxarırıq. Sabah qalib gəlmək istəyirik. Vaxtımız var, uduzmaq istəmirik.

    - Sabah qapıda Mateuş Koxalski, yoxsa Fabiyan Buntiç dayanacaq?

    - Sabaha kimi vaxtımız var. Oyuna qədər tam qərar verəcəyik. 

    - Zədəli oyunçuların durumu nə yerdədir?

    - Marko Veşoviçin vəziyyəti pis deyil. Srağagün komandaya qoşulub. Bu gün də kollektivlə məşq etməldiir. Sabah həkim nəzarətindən keçəcək. Düşünürəm ki, ən azından "23-lük"də ola bilər. Marko Yankoviç isə fərdi məşq edir.

    - Juliu Romaunun cəzalı duruma düşüb-düşməməsi brədə arxayınlığınız var idi? Çünki bəziləri bildirirdi ki, cəzalı durumdadır...

    - Şübhəmiz var idi. Çünki reqlamentdə üç sarı vərəqə cəzalı duruma salır. Sadəcə, orada bir nüans var idi, o bəndi incələmək lazım gəlirdi. Arxayınlığımız var idi ki, Romao oynayacaq. Amma yenə də UEFA-dan qəti cavab istəyirdik. Dünən cavab gəldi. Qeydləri göstərmişdik. Dedilər ki, siz haqlısınız, Romau oynayacaq.

    - Sabah komanda necə oynayacaq?

    - Qarşımızda hesabda 3:0 öndə olan, böyük təcrübəyə malik "Dinamo" var. Bəzən təkcə cəsarət, istək olanda "yana" bilərik, istəyimiz alınmaya bilər. Rəqibi çox yaxından tanımalıyıq. Sabah mütləq şəkildə təzyiq etməliyik. Amma bunu ağıllı etmək lazımdır. Çünki səfərdə rəqibin əks-hücumlarda necə təhlükəli olduğunu gördük. Buna hazır olmalıyıq. Onlar da buna hazırlaşıb. Açıqlamalarından bunu görürəm. Tam əksi də ola bilər. Yəni, rəqib də bizə təzyiq göstərə bilər. Bunların hamısına hazır olmalı, istənilən təzyiqə dözməliyik. Ağıllı və cəsarətli olmalıyıq. Hazırlıq buna doğru gedir. Etdiklərimizi daha da yaxşılaşdırmalıyıq. Səfərdə xeyli sayda qol epizodlarımız oldu. "Dinamo"nun qapıçısı da yaxşı oynadı. Görünən odur ki, daha səliqəli və dəqiq oynamağa çalışmalıyıq.

    - Bu yay üçün transfer çalışmalarını bitmiş saymaq olar?

    - Axtarışlar gedir. Müddət azdır. Azad agent statusunda olan futbolçuları gətirmək problem olmur. Belə variantlar olarsa, "yox" deməyəcəyik. Ehtiyac var. Ən pis halda, əlimizdəki futbolçularla kifayətlənəcəyik.

    - Səfərdə uduzsanız da, sizə inam böyükdür. Bu inamın qarşılığında nə deyə bilərsiniz?

    - İlk oyundan sonra da inamım itmədi. Gedişatda hamı fərqli düşünə bilərdi. "Qarabağ"ın da gücü, xarakteri bundadır. Azarkeşlər hesabdan asılı olmayaraq, bizə güvənib gəlirlərsə, onları sevindirməkdən başqa çıxış yolumuz yoxdur. Fikirlərimiz üst-üstə düşür.

    - Sabahkı oyunun ab-havası 15-16 illik "Qarabağ" karyeranızda hansı matçı xatırladır?

    - Bu barədə düşünməmişəm. Deyəcək bir söz yoxdur. Ola bilər ki, heç kim bizdən 0:3 hesablı məğlubiyyət gözləmirdi. Amma futbol elə səviyyədədir ki, bütün rəqiblər 4-5 qolu rahat vurur. Buna baxmayaraq, bizim kimi klublarda belə şans çox ələ düşmür. İlk dəfə pley-offa düşəndə Çempionlar Liqası himninin Bakıda səslənməsi haqda danışırdılar. Deyirdilər ki, o da bəsdir. İndi qrupları istəyirik. Bu, məsuliyyətdir, azarkeşlərin güvənini qazanmaqdır. Çalışıram ki, onların istəyi, arzusu real olsun. Məsuliyyət budur. Ona görə də sabahkı matçı hansısa oyunla yan-yana qoya bilməyəcəm. İnanmıram ki, hansısa matçda məsuliyyət olmasın. Hər oyunda deyirlər ki, "Qarabağ"dan qələbə gözləyirik, qalib gəlməlidir. Bu şans hər dəfə ələ düşmür, maksimum istifadə etmək istəyirik. Qarşımızdakı rəqibi də nəzərə almaq lazımdır. Belə rəqiblərə qarşı oynamaq həmişə xoş olub.

    - Ötən mövsüm "Dinamo" pley-off mərhələsinin ilk oyununda "Sparta"ya 3:1 hesabı ilə qalib gəlsə də, cavab görüşündə uduzub - 1:4. Konfrans Liqasının 1/8 mərhələsində isə PAOK-u ilk matçda 2 cavabsız qolla üstələsə də, səfərdə 1:5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Bu detala diqqət etmisiniz?

    - Baxmışam, maraqlanmışam. Buraxılan, vurulan hər qola baxmışam. Təcrübəli baş məşqçiləri var. "Dinamo" yaxşı kollektiv, böyük klubdur. Belə nəticələr onları daha da məsuliyyətli edir. Özləri də bunu düşünürlər. Bu matçda daha məsuliyyətli olacaqlar. Hər oyunları ilə maraqlanmışam.

    - Penaltilər seriyasına hazırsınız?

     Bəli, hər bir mübarizəyə hazırıq. Azarkeşlər bizə güvənirsə, bizdən qələbə gözləyirlərsə, nəinki 90 dəqiqə, 120 dəqiqə meydanda vuruşmağa hazırıq. Penaltilər sonranın işidir. Əsas ilk 90 dəqiqədə çalışacağıq ki, intizamlı oyun göstərək və nəticə verək. Çox istərdik ki, hər şey 90 dəqiqədə həll olunsun.

    Futbol

    "Sabah"dan UEFA reytinqinə maksimum töhfə

    28.07.2026 23:13:35
    Futbol

    "Sabah" və Mikels "10"a çatdı

    28.07.2026 22:46:27
    Futbol

    Tarixdə ilk, Azərbaycanda 4-cü

    28.07.2026 22:13:06
    Futbol

    "Bu, tarixi nailiyyətdir, həqiqətən qürur duyuram" - Valdas Dambrauskas

    28.07.2026 21:29:39
    Futbol

    "Sabah" Çempionlar Liqasının III təsnifat mərhələsində - VİDEO

    28.07.2026 20:58:08
    Futbol

    "Qəbələ" Portuqaliyadan futbolçu gətirdi - VİDEO

    28.07.2026 18:18:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Gəncə klubu ABŞ-li baş məşqçiyə tapşırıldı

    28.07.2026 23:42:37

    "Sabah"dan UEFA reytinqinə maksimum töhfə

    28.07.2026 23:13:35

    "Sabah" və Mikels "10"a çatdı

    28.07.2026 22:46:27

    Tarixdə ilk, Azərbaycanda 4-cü

    28.07.2026 22:13:06

    "Bu, tarixi nailiyyətdir, həqiqətən qürur duyuram" - Valdas Dambrauskas

    28.07.2026 21:29:39

    "Sabah" Çempionlar Liqasının III təsnifat mərhələsində - VİDEO

    28.07.2026 20:58:08

    “Məğlub olsam da, həvəsdən düşməyəcəyəm” – İsfahan Həsənov

    28.07.2026 20:53:39

    Yunan-Roma güləşçilərimiz Bakıda dünya çempionatına 3 medalla başladı

    28.07.2026 20:21:06

    "20 yaşım olanda da Bakıda olmuşam" – Ermənistan millisinin baş məşqçisi

    28.07.2026 19:34:55

    "Mən bu medalı qaçırmamalı idim" – Ömər Salmanov

    28.07.2026 19:01:33

    Azərbaycan Bakıdakı dünya çempionatında ilk medalını qazandı

    28.07.2026 18:44:59

    "Qəbələ" Portuqaliyadan futbolçu gətirdi - VİDEO

    28.07.2026 18:18:44

    KuPS - "Sabah": HEYƏTLƏR

    28.07.2026 18:04:35

    Dünya çempionatı: Daha 2 güləşçimiz finalda, 1-i uduzdu

    28.07.2026 17:50:30

    Emil Balayev "Dinamo"ya qarşı oynayacaqmı?

    28.07.2026 17:17:56
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved