"Neftçi"nin heyətinə qatmağa hazırlaşdığı Dembo Darbo Qazaxıstanın "Ordabasi" klubundan ayrılıb.
Prosport.Az xəbər verir ki, bu barədə Çimkənd klubu sosial şəbəkə vasitəsilə məlumat yayıb.
Bildirilib ki, Qambiya millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Nəticədə 26 yaşlı hücumçu azad agent statusu alıb. Forvard yüksək məvacib aldığından, “Ordabasi” rəhbərliyi də bu ayrılığa müsbət yanaşıb. Bu isə o deməkdir ki, Darbo “Neftçi”yə havayı başa gələcək.

