"Qarabağ"ın futbolçusu Juliu Romau UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo"ya qarşı (Zaqreb, Xorvatiya) cavab oyununda meydana çıxacaq.
Prosport.Az xəbər verir ki, passivindəki sarı vərəqələrin sayı 3-ə çatan braziliyalı dayaq yarımmüdafiəçisi yeni qaydalara əsasən növbəti görüşü buraxmaq məcburiyyətində qalmayacaq.
Belə ki, bu ildən tədbiq olunan yeniliklərə əsasən 2 təsnifat mərhələsinin ardından futbolçunun sarı vərəqələrindən 1-i silinir.
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" – "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.

