UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu futbolçusu İvan Saraniçlə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi BƏƏ-nin "Əl-Batae" komandasına keçib.
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" – "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.

