Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Rəqib qapıçının topu çölə vurması üçün səbəb yox idi" - Roman Qriqorçuk
    24.08.2024 23:11:20

    "Neftçi" Azərbaycan Premyer Liqasının IV turunda "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Bu qol "Neftçi"yə yaraşdı?

    - Burada heç bir problem yoxdur. Hansısa feyr-pleydən danışmağa səbəb görmürəm. Hər şeyi görürdüm. Bunu şərh etmək rahatdır. Bizim oyunçumuz ayağa qalxırdı. Heç bir səbəb yox idi ki, rəqib qapıçı topu çölə vursun.

    - Rəhman Hacıyev və Emin Mahmudov meydana çıxsalar da, onlara kapitanlıq sarğısı verilmədi. "Neftçi"nin kapitanı və vitse-kapitanı kimlərdir?

    - Sizin işinizə hörmət edirəm. Amma bəzi çərçivələr varsa, bizim daxili işimizdir. O məsələlərə qarışmayın. Bu, bizim daxili işimizdir.

    - Sizə elə gəlmir ki, Kilan Lebon sol cinahda daha effektivdir? Amma siz onu sağda oynadırsınız. Belə başa düşürük ki, siz Ştoqrini o mövqedə daha üstün görürsünüz?

    - Məncə, vinger həm sol, həm də sağ cinahda eyni qaydada oynamağı bacarmalıdır. Futbolçulara hər oyundan qabaq deyirik, onların qarşısına hədəf qoyuruq və qərarlar veririk. Ştoqrin üçün sol və ya sağ cinahda oynamağın fərqi yoxdur. Taktiki cəhətdən nəzərə alsaq, rəqibin hücumlarını neytrallaşdırmaq istəyirik.

    - "Qəbələ"də də çempionluq uğrunda mübarizə aparırdınız. Orada daha çox təzyiq hiss edirdiniz, yoxsa "Neftçi"də?

    - Hazırda təzyiqə az fikir yönləndirirəm. Elə yoldayıq ki, komanda yenilənir. Transfer işlərini davam etdiririk. Başa düşürük ki, bir az gecikmələr oldu. Bəzi oyunçuların hazırkı durumu istədiyimiz formada deyil. Təzyiqi o zaman hiss edərdim ki, komandam istədiyim formadadır, amma nəticələr qazanmırıq. Düşünürəm ki, milli komandaların fasiləsini gözləməliyik. Bu müddət də hələ azdır ki, istədiyimiz oyun üslubunu quraq. Mən sadəcə, öz işimə fundamental yanaşıram. Çox istəyərdim ki, yaxşı nəticələr olsun. Amma mən elə komanda, oyun üslubu qurmaq istəyirəm ki, sistematik olaraq bizə nəticələr versin. Başqa cür yanaşa bilərik. Deyə bilərik ki, nəyin bahasına olursa-olsun qalib gələk. Qanın bahasına belə. Çox istəyərdim ki, öz üslubumuzda oynayaraq, qalib gələk. Əminəm ki, qısa zaman ərzində daha yaxşı olacağıq. İstəmirik ki, qələbələrimiz təsadüfi olsun.

    - Dörd turdan sonra qələbə qazanmadığınıza görə hansı hissləri keçirirsiniz?

    - Tutduğum yoldan dönmək istəmirəm, səbrli davranmaq istəyirəm. Hisslərə gəldikdə, yaxşı deyil. Daha yaxşı olmasını istəyərdim. Səbrlə davranacam, istədiyim şeyi əldə edəcəm.

    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:34:18
    Futbol

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11
    Futbol

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26
    Futbol

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13
    Futbol

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    Futbol

    "Millidə qələbədən vacib heç nə yoxdur" – Mahir Emreli

    26.09.2026 16:55:06
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:34:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31

    "Millidə qələbədən vacib heç nə yoxdur" – Mahir Emreli

    26.09.2026 16:55:06

    İlham Əliyev və ailə üzvləri "Formula 1"i izləyir

    26.09.2026 16:32:49

    “Məqsədim A milli komandada oynamaqdır” - Lorentso Mezzotero

    26.09.2026 16:12:47

    "Zirə" də Çempionlar Liqası ilə vidalaşdı

    26.09.2026 15:41:41

    SOCAR İtaliyanın futbol millisinin sponsoru oldu

    26.09.2026 15:15:31

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42

    "Onun üzünü darmadağın etmək istəyirəm" - Məhəmmədəli Osmanlı

    26.09.2026 14:12:43

    "Formula 2" Azərbaycan Qran-prisinin qalibi bilindi

    26.09.2026 13:40:01

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved