Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    CEV-in yeni prezidenti məlum oldu – YENİLƏNİB
    24.08.2024 15:15:53

    Avropa Voleybol Konfederasiyasının (CEV) yeni prezidentinin adına aydınlıq gəlib.

    Prosport.Az xəbər verir ki, 2 gün əvvəl 43 yaşını qeyd etmiş xorvatiyalı sabiq voleybolçu Roko Sikiriç qurumun prezidenti seçilib.

    O, 51 üzv federasiyadan 36-nın səsini qazanıb. Bununla da Roko Sikiriç 4 il ərzində CEV-ə rəhbərlik edəcək.

    Qeyd edək ki, bu gün CEV-in İdarə Heyətinə üzvlər də seçiləcək. Bu posta Azərbaycan Voleybol Federasiyası prezidenti Şahin Bağırovun müşaviri Cəlil Cəfərov namizəddir.

    13:31

    Bu gün Avropa Voleybol Konfederasiyasında (CEV) seçkilər keçiriləcək.

    Prosport.Az-ın xəbərinə görə, İtaliyanın Neapol şəhərində baş tutacaq CEV-in 45-ci Baş Assambleyasında 7 azərbaycanlı bu qurumda müxtəlif vəzifələrə namizəddir.

    2020-ci ilin oktyabrın 16-da Avstriyanın paytaxtı Vyanada keçirilmiş CEV-in 41-ci Baş Assambleyasında qurumun İdarə Heyətinin üzvü seçilmiş Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri (o vaxt baş katib idi – red.) Cəlil Cəfərov bu dəfə də həmin yerə namizəddir. Bu posta 34 namizəd var.

    Bundan başqa, AVF İdarə Heyətinin üzvü Elqar Bağırovun Avropa Çimərlik Voleybolu Komissiyasına, AVF-nin baş koordinatoru Zöhrab Gözəlbəylinin Avropa Maliyyə Komissiyasına, AVF-nin həkimi Vüsalə Kazımovanın Avropa Tibb Komissiyasına, beynəlxalq dərəcəli hakim, AVF Hakimlər Komitəsinin rəhbəri Eldar Zülfüqarovun Avropa Hakimlər Komissiyasına, AVF-nin icraçı direktoru Vüqar Hüseynzadənin Avropa Qar Voleybolu Komissiyasına və AVF-nin baş katibi Faiq Orucovun isə Avropa Voleybol Komissiyasına namizədliyi irəli sürülüb.

    Bunlardan Vüsalə Kazımova daha əvvəl də bu postda olub. Həmçinin, Regional İnkişaf Mərkəzinin direktoru Nərgiz İsmayılovanın üzv olduğu Avropa Kuboklar Komissiyası CEV reqlamentinə edilən dəyişikliklərdən sonra ləğv olunub. Voleybol hakimi, AVF-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mixail Frişmanın üzv olduğu Avropa İdman Yarışlarının Təşkili Komissiyası isə 2 yerə ayrılıb.

    Qeyd edək ki, CEV prezidenti postuna 4 nəfər namizəddir. Serbiyalı Aleksandar Boriçiçin namizəd olmadığı budəfəki seçkidə qurumun prezident postu üçün Erik Adler (Danimarka), Renato Arena (İtaliya), Roko Sikiriç (Xorvatiya) və Leşek Ventsel (Polşa) mübarizə aparır. AVF-nin namizədi bu anadək CEV-in vitse-prezidenti işləyən Renato Arenadır. O, ötən ilin noyabrında Bakıda işgüzar səfərdə olub.

    Onu da bildirək ki, Baş Assambleyada Azərbaycanı AVF prezidenti Şahin Bağırov və vitse-prezidenti, qadın millimizin baş məşqçisi Faiq Qarayev təmsil edir. 

    Voleybol

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33
    Top oyunları

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Top oyunları

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Basketbol

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Basketbol

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Premyer Liqanın bombardiri Avropa klublarının "radar"ında

    22.09.2026 14:43:51

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved